in , ,

Uşağınız Bu Şəkildə Oturursa…

İnsanların çoxu ‘W’ oturuş şəklini və bu duruşun uşaqlar üçün olduqca zərərli olduğunu eşitmişdir. Ancaq niyə ‘W’ oturuşun düzəldilməsi lazım olduğunu heç kim tam olaraq bilmir.

Fikir vermisinizsə böyüklərin oturmağı bacarmadığı bir şəkildə uşaqlar ayaqlarını yerə qoyub dizlərindən arxaya doğru bükərək otururlar. Bu tip oturuşa ‘W’ oturuşu deyilir, çünki yuxarıdan baxdığınız zaman ‘W’ hərfini görə bilərsiniz. Bəzi uşaqların ayaqları ombalarına dəyərkən, bəzilərində arasında məsafə olur. Bunu uşaqlar bilərək etmirlər.

Özünü o şəkildə daha rahat hissedir və düşünmədən o cür otururlar. Uşaqların rahat olduqlarını gördükləri üçün valideynlər onlara müdaxilə etmirlər. Əslində əvvəlcədən bildirmək istəyirəm ki yeriməyə başlamamış iməkləyən uşaqlarda bu oturuş şəklinin bir zərəri yoxdur. Ancaq yeriməyə başladığında qəti sürətdə oturmaması lazımdır. Bədənimizin ən önəmli orqanlarından olan onurğa, uşaqlıq dövründə inkişaf etməyə davam edir. Buna görədə inkişaf müddətində uşaqlara düzgün oturuş pozalarının göstərilməsi çox vacibdir.

Çünki uşaqlıqdan yanlış oturmağa öyrəşdiklərində irəlidə böyük sıxıntılar olaraq geri dönəcəkdir. Bu oturuş vəziyyəti ilə əlaqədar mənfi təsirlər uşağınızın uzun müddət eyni vəziyyətdə qalmasından meydana gəlir.

Valideyn olaraq uşağınızın ‘W’ oturuş vəziyyətində gördüyünüzdə müdaxilə etməyiniz lazımdır. Əgər müdaxilə etməzsəniz uşağınızda yarana biləcək mənfi təsirləri bunlardır.

‘W’ oturuş tərzi uşaqların ayaq və omba əzələlərinin inkişafı baxımından olduqca zərərli sayıla bilər. Uşaqların bu oturuşunun ayaq əzələləri və omba əzələlərinin daha qısa olmasına səbəb olur. Bu da kordinasiyasını, taraz durma bacarığını və böyük əzələ hərəkətlərinə mənfi təsirləri ola və uşağın ombasının sürüşməsinə səbəb ola bilir.

‘W’ oturuş vəziyyətində oturan uşağın qaçma, tullanma, hoppanma kimi hərəkətlər üçün çox vacib olan taraz durma qabiliyyəti zərər görür. Bu vəziyyətdə uşaq hər iki əlini istifadə etdiyi hallarda, bir əli ilə əks tərəfindən bir oyuncaq alması tələb olunan vəziyyətlərdə çətinlik çəkir.

İrəli yaşlarda uşağın əl qabiliyyətləri, masa üstü görəcəyi işlərdə çətinlik çəkmələrinə səbəb ola bilər. ‘W’ oturuş vəziyyətində, uşaq sağ tərəfi üçün sağ əlini, sol tərəfi üçün sol əlini istifadə etməyindən dolayı həyatı botunca istifadə edəcəyi ən vacib əlini seçməsi uzun müddət çəkə bilər.

Yəni uşağın sağ əlini istifadə edənmi yoxsa solaxay mı olacağının seçməsində böyük problem çıxa bilər. Uşağın güclü gövdə əzələlərinin inkişafına maneə olar. Ayrıca ‘W’ oturuş forması irəlidə düzdaban, omba çıxıqlarına belə səbəb ola bilər. Əgər uşaqlarınızın ‘W’ oturuş vəziyyətində görsəniz “O cür oturma” demək yerinə onun əvəzinə alternativ oturma formalarından birinə oturdun. Bunlar bardaş qurma, ayaqları düz uzatma, yan oturma, balaca taburetkaya oturtma və s. ola bilər. Bu oturuş formaları uşağınızın eyni anda hər iki tərəfdədə əllərini istifadə edə bilməsinə şərait yaradar.

Bu sayədə bədən ağırlığını dəyişdirə bilər, bel və qarın əzələlərini inkişaf etdirər. Uşaq ‘W’ oturuş vəziyyətini dəyişdirmə istəyinə başlarda qarşı çıxa bilər. Ancaq davamlı və mülayim dillə bunu etdikcə bu cür oturmağı ən qısa zamanda tərk etdəcəkdir. Ətrafınızda yaxınlarınızın və dostlarınız bu cür oturan uşağı varsa ona müdaxilə edib  düzəldərək onların sağlam böyümələrində sizində köməkliyiniz ola bilər.

What do you think?

2 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Ən Nadir Rast Gəlinən Göz Rəngləri

Ramazan Ayı Orucu 4-cü Gününün İftar Duası

Ramazan Ayı Orucu 4-cü Gününün İftar Duası