in ,

Ramazan ayı necə yarandı və mahiyyəti nədir?

Ramazan Orucu Vacibdir Oruc Necə Yarandı
Ramazan Orucu Vacibdir Oruc Necə Yarandı

Dünyadakı bütün müsəlmanların bir aylığına yemək, içmək və bəzi istəklərindən müvəqqəti olaraq müəyyən bir müddət uzaq durmaq nə məna kəsb edə bilər.? Ramazan Ayı necə ortaya çıxdı? Bu ayda oruc tutmaq vacibdirmi?

Ramazan ayı ilin 12 ayının bir ayında bütün müsəlmanlara fərz qılınmışdır. Fərz sözünün mənasını ALLAHın insanlara qəti surətdə etmələrini istədiyi əmr olaraqda deyə bilərik. Ramazan ayı necə ortaya çıxdı. Ramazan sözünün mənası ərəb dilində rəməzə yəni “yandıran” deməkdir. Bu ayda oruc tutanlar aclıq və susuzluqdan yandıqları bunun üçündə tutduqları orucun bütün günahlarını yandırıb yox etdiyi üçün bu aya ramazan adı verilmişdir. Hərfi mənası bu olsada digər mənasıda nəfsin arzu və istəklərindən qorunmaq deməkdir. Buna görədə ramazan ayındakı tutulan oruc zamanı əlinizi uzadaraq almaq imkanı varkən ALLAHdan qorxaraq acizlik hissi ilə bu istəklərdən uzaq durmaq ALLAH qatında böyük əməllərdən hesab olunur. Onun üçün bir qüdsi hədisdə Peyğəmbərimiz buyurmuşdur ki, ALLAHu Təala “Hər yaxşı əməlin on mislindən yeddi yüz mislinə qədər savab verilə bilər ancaq oruc başqadır. Çünki oruc ibadəti mənim üçündür və onun əcrini mən verəcəm” deyə buyurmuşdur.

Oruc dan yeri ağarana qədər yəni imsaq vaxtından günəş batana qədər yeməkdən, içməkdən, cinsi arzu və digər nəfsin arzuladığı bir çox istəklərdən uzaq durmaqdır. Oruc bir ibadət olaraq İslam Peyğəmbərindən daha əvvəllərdə yaşamış olan bütün peyğəmbərlərə və ona inananlara da fərz qılınmışdır. Bu Qurani Kərimin Bəqərə surəsinin 183-cü ayəsində bildirilməkdədir.

Həzrəti Peyğəmbərin fərz qılınan orucla qədim insanlara əmr edilən oruc arasında fərz oluş vaxtı və mahiyyəti baxımından olduqca yaxın bənzərliklər var idi. Fərz qılındığında Yəhudilərdə də, Xristianlardada oruc ibadəti mövcud idi. Yəhudilər özlərinə fərz qılınan orucu tərk etdilər və sadəcə ilin bir günü ibadət etməyə başladılar. Xristianlarda fərz qılınan orucun zamanını və mahiyyətini dəyişdirdilər. Oruc qızmar yay aylarına təsadüf etdiklərində vaxtını dəyişdirmiş və orucu bir pəhriz halına gətirmişdirlər. Yəni Xristianlar da oruc tuturlar ancaq onların orucları bəzi qida növlərini və içkilərdən başqa digər yemək və içməkləri mümkün hesab etdilər. Bu hal-hazırdada davam etməkdədir. Eyni zamanda yay və qış arası zamanı oruc zamanı olaraq təyin etmişdirlər.

Həzrəti Muhəmməd (S.A.S.) Mədinəyə hicrət etdiyində orucu müsəlmanlara fərz qılan ayələr enməmişdi. Qureyşlilər və xüsusi ilə yəhudilər aşura günü adı altında bir oruc tuturdular. Ramazan orucu Peyğəmbərimiz Mədinəyə Hicrət etdikdən 17 ay sonra fərz qılındı.

Orucu sadəcə mənəvi baxımdan faydalı deyil eyni zamanda tibbi baxımdanda faydalı olduğu haqqında hər kəs bir şeylər bilir. Bu bir həqiqətdir ki, hər əmr və halallar kimi orucunda bizim mənəviyyatımıza faydası olduğu kimi bədənimizədə saysız faydaları vardır. Orucun əsəb sisteminə, diqqət pozuntusuna, heceyrələrin yenilənməsinə, qanın yenilənməsinə, bədənin eyni zamanda bağırsaqların istirahət etməsinə və digər saymaqla bitməyən bir çox faydasının olduğu araşdırmalardan bilinməkdədir. Eyni zamanda xolestrolun, qan şəkərinin və qan təzyinin aşağı düşməsinədə səbəb olur. Buda bir çox şəkər xəstələri və yüksək təzyiqdən əziyyət çəkənlər üçün dərman vasitələri olmadan müalicəvi vasitə hesab olunur. Çoxumuzun xəstəliyim oruc tutmağa imkan vermir sözlərini deyən bir yaxınları olmuşdur. Əslində orucun bir çox xəstəliyin azalmasına və bəzəndə sağalmasına səbəb olduğuda bilinməkdədir.

1994-cu ildə Sağlamlıq və Ramazan adlı ilk beynəlxalq Konqres Kasablankada həyata keçirildi. Dünya miqyasında müsəlman və qeyri müsəlman araşdırmaçılar orucun tibbi faydaları haqqında gərgin araşdırmalar apardı. Bir çox xəstələrin oruc tutması istənərək onlar üzərində aparılan müayinələrdə xeyli faydaları müşahidə edilsədə mənfi heç bir hal aşkarlanmadı. Eyni zamanda aparılan bir araşdırmadada bir müddətliyinə yemək yeməmək, su içməmək və cinsi arzulardan uzaq durmağın insan bədənini qüvvətləndirdiyi və immunitetidə artırdığı ortaya çıxmışdır.

Bir sözlə oruc tutmaq bizlərə həm mənəvi həmdə maddi mənfəətlər bəxş etsədə bunun əksidə bizlərin maddi və mənəvi bir çox faydalardan məhrum olmağımıza səbəb olur. Onun üçün Oruc tutun və savabını sadəcə ALLAHdan istəyin. Əmin olun oruc sizi cəhənnəm alovundan bir qalxan kimi qoruyacaqdır.

What do you think?

3 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Kruvasan Resepti

35 İl Sonra Geri Dönən Əsrarəngiz Təyyarə