in ,

Ölümdən Geri Dönən 5 İnsanın İnanılmaz Sözləri – Ölümün Hiss Etdirdikləri

Ölürken Hissettiklerini ve Yaşadıklarını Tarif Etmiş 5 İnsan Ölüm
Ölürken Hissettiklerini ve Yaşadıklarını Tarif Etmiş 5 İnsan Ölüm

Ölümdən Geri Dönən 5 İnsanın İnanılmaz Sözləri – Ölümün Hiss Etdirdikləri

Ölüm haqqında düşünmək insanları adətən qorxudur. Ancaq bundan nə qədər qorxsaqda bir gün bu hissi yaşayacağıq. Son nəfəsimizi verdiyimizdə nələr yaşayacağıq? Bu suala təcrübələri ilə cavab tapan insanların yaşadıqları hissləri bu yazımda cəmlədim.

1. Ölümcül güllə yarasının hiss etdirdikləri.

Mənimdə ən çox sevdiyim məhşur yazıçı George Orwell 1937-ci ildə İspaniyada müharibə zamanı boğazına dəymiş güllə yarası nəticəsində ölüm hissini yaşamışdı. George Orwell yaşadığı bu hadisədən sonra “Güllə ilə vurulma təcrübəsi çox maraqlı idi” deyə bildirmiş və hiss etdiyi duyğularını detalları ilə qələmə almışdı. Yazıçının açıqlaması bu şəkildə idi. “Bir partlayışın mərkəzində olduğumu hiss etdim. Ətrafımda kör edən bir işıq yarandı və çox böyük bir şok yaşadım – ağrı hiss etmədim. Ancaq bədənimə sanki elektrik verilmişdi. Çox şiddətli bir şok dalğası bədənimə yayıldı. Daha sonra halsızlıq, heçlik və boşluq hissi bütün içimə yayılmağa başladı. Qolumu tərpətməyə çalışdıqda nə qədər ciddi bir yara aldığımı anladım. Əsgərlər aralarında danışarkən boynumdan vurulduğumu onlardan eşitdim. Danışmağa çalışdım amma danışa bilmədim. Ölüm anımın gəldiyini hiss etmişdim və bu məni çox qəzəbləndirmişdi. Ancaq zamanım gəlməmişdi” Bu hadisədən sonra uzun illər yaşamış və 1950-ci ildə dünyasını dəyişmişdi.

2. Ölümün gözəl üzü – Ölümə yaxın təcrübə

Ölümdən Geri Dönən 5 İnsanın İnanılmaz Sözləri – Ölümün Hiss Etdirdikləri

Anita Moorjani 2006-cı ildə yaşadığı ölüm təcrübəsi haqqında “Mükəmməl hiss idi” deyə bildimişdi. Anita ağır xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bir dəfəsində xəstəliyinin ağırlaşmasından komaya girmişdi. O ölümün bir son olmadığını düşündü və komada ikən digər aləmə keçid etdi. “Yaşadıqlarımı dillə ifadə etmək mümkün deyil. Bədənimdən ayrıldım və hər şeyi hissetməyə başladım. Mən artıq hər yerdə idim. Fərqli bir mənəvi aləmdə sevdiklərimi və ruhların varlığını hissetdim. Digər aləmdə sevginin və barışın hər yerdə hökm sürdüyünü hiss edirdim. Heç ağrı hiss etmədim. Həyata gəlməmin mənasını və edəcəklərimi öyrəndim. Anladım ki xərçəngin müalicəsi həmişə mənim içimdə idi.” deyə bildimişdi. Anita Komadan çıxdıqdan 4 gün sonra xərçəng xəstəliyi 70 faiz azalmışdı. Daha sonra 5 həftə ərzində xəstəlik möcüzəvi şəkildə yoxa çıxmışdı.

3. Fərqli bir cəhənnəm və Hiss etdirdiyi ağrılar

Hərkəsin ölüm təcrübəsi Anita kimi gözəl olmur. Matthew adındakı bir gənc komaya girdiyində digər dünyada olduqca əzab dolu təcrübə yaşamışdır.  1992-ci ilin mart ayında Atlantada bir iş yeməyindən çıxarkən Matthew taksi gözləməyə başlamış elə bu anda tanımadığı şəxslər tərəfindən silahlı basqına məruz qalmışdı. Gülə onun başına dəymiş və möcüzəvi şəkildə sağ qalmışdı. Lakin o komaya girmişdi. Matthew yaşadıqlarını bu sözlərlə ifadə edirdi. “Qaynar bir mismarın başımın arxasından girdiyini hiss etdim. Başımın üstündən bir deşik açıldığını və ordan içəri ağrıların dolduğunu duymağa başladım. Daha sonra qaranlıq bir maddənin hər yeri doldurduğunu və heçnəyi görmədiyimi anladım. Bir qutunun içərisində idim. Soyuq iliklərimə qədər girmişdi. Çılpaq və aciz olduğumu hiss edirdim. Şeytani bir varlıq tərəfindən əhatəyə alınmışdım. Hər tərəfdə pislik, nifrət və kin hökm sürürdü. İliklərimə qədər pislik içərisində idim. Nəfəs ala bilmirdim. Ümidsizlik və qorxudan başqa heçnəyi nə düşünə nədə hiss edə bilirdim. Ağrı dolu heçliyin içərisində bir səsin vaxtımın gəlmədiyini və geri dönməli olduğumu dedi.” Matthew 27 gün komadan qalmışdı. Dediyinə görə bu 27 gün ərzində ruhu cəhənnəmdə əzab görürdü.

4. İlan zəhəri ilə gələn Ağrılı Ölüm.

Ölümdən Geri Dönən 5 İnsanın İnanılmaz Sözləri – Ölümün Hiss Etdirdikləri

Həyatı böyü sürünənləri araşdıran Karl Patterson Schmidt 1957-ci ildə bir ilanı tanımağa çalışarkən ilan tərəfindən sancılmışdı. Karl Patterson Schmidt 30 saat boyunca ilan zəhərinin onu ölümə apararkən yaşadığı hər şeyi yazıya almağa başladı. “Saat 5-də evə gəldiyimdə mədə bulantısı başlamışdı. Bir saat sonra şiddətli bir şəkildə üşüməyə başladım və qızdırmam 39 dərəcəyə qalxdı. Ardından ağzımdan qan gəlməyə başladı. Bir neçə saat yatdıqdan sonra, gecə yarısı oyanıb ayaqyoluna getdim və sidiyimin qanlı olduğunu gördüm. Qisa bir müddətdən sonra şiddətli qusma səbəbi ilə təkrar oyandım. Bağırsaqlarında qanama, anusundan sidik və qan gəlməyə başlamışdı.” Karlın son yazdığı cümlələr ilanın sancmasından sonrakı 25 saatda olmişdu. Burnundan və ağzındanda qan gəlməyə başlayanda qorxu içərisində həyat yoldaşını çağrımış və oradaca yerə yıxılmışdı. Karlın ilan zəhəri ilə yaşadığı ağrılı ölüm təcrübəsi bir neçə saat sonra reallaşmışdı.

5. Harvardlı Bir Beyin cərrahının yaşadığı ölüm tərcrübəsi

Ölümdən Geri Dönən 5 İnsanın İnanılmaz Sözləri – Ölümün Hiss Etdirdikləri

Bir beyin cərrahı olan Eben Alexander başına gəlmədən əvvəl ölümə yaxın təcrübələrə inanmıdı. Özü kimi beyin cərrahı bir atanın oğlu olan Eben elmin açıqlaya bilmədiyi bu tip fikirləri hər zaman gülünc qəbul edirdi. 2008-ci ildə nadir bir növ bakteriya miningiti olan və beyindəki düşüncələri kontrol edən, bizi biz edən qisim olan neokorteksi təsirsiz hala gətirən bir xəstəliyə yaxalanmışdı. Bununla birlikde Alexander 7 günlük bir komaya girmiş və komada ikən hissetdiklərini daha sonralar yazıya alan Ebenin cümlələri bu şəkildə idi. “Kainatın daha geniş bir bölgəsinə səyahət etmişdim. Səyahətimin çoxunu bir qadına bənzəyən daha əvvəl görmədiyim bir varlıq mənimlə birlikdə gəlirdi. Həddindən artıq gözəl idi. Yüksək almacıq sümüyü və dərin mavi gözləri var idi. Qızıl qəhvəyi rəngli saçları üzünü örtürdü. Onu ilk gördüyümdə rəngli naxışlarlara bəzədilmiş bir şeyin üzərində səyahət edirdik. Daha sonra bunun bir kəpənək qanadları olduğunu bildim. Mənimlə gələn bu varlıq sözlərdən istifadə etmədən danışırdı. Dedikləri sanki bir külək vasitəsi  ilə gəlirdi. Anidən bunun gerçək olduğunu anladım. Bu sözləri necə hiss etdiyimi ifadə etməkdə çətinlik çəkirəm. Ancaq 3 hissədən ibarət olduğunu deyə bilərəm.

1. Sonsuz ürəkdən sevilib dəyər verildiyimi hiss edirdim.

2. Qorxulu bir şeyin olmadığını hiss edirdim.

3. Nə edirəmsə edim bunun yanlış olmaycağını və səhv edəcək heç nəyin olmadığını hiss edirdim.

Bu sözlərdən sonra məni sözlə ifadə edilməyəcək bir rahatlıq bürüdü və qadın yenə mənə telepatik bir şəkildə göstəriləcək çox şeyin olduğunu və daha sonra geri göndəriləcəyimi bildirdi.

Beynimdə yaranan bir çox sualların cavablarını o dəqiqə və sanki işıq, rəng və gözəllik dalğaları şəklində bədənimə toxunurdu. Bu dalğalarda olan ən önəml şey suallarımı ən bəsit bir şəkildə cavablanması idi. Onlar suallarıma qısa bir şəkildə cavab verirdilər. Beləki düşüncələri birbaşa mənə gəlirdi. Amma bunlar bizim bu dünyada təcrübə etdiyimiz düşüncələr kimi deyildi.”

Hal-hazırdada beyin cərrahı işləməyə davam edən Eban artıq tamamilə fərqli bir insan olduğunu və məqsədi yaşadığı bu əsrarəngiz təcrübənin əlindən gəldiyincə daha çox insana bildirmək olduğunu demişdir.

What do you think?

1 point
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

İt Hücum Edərsə Nə Etməlisiniz

Dünyanın Ən Güclü 10 Xüsusi Təyinatlı Birlikləri