in , , ,

Ölkədən-Ölkədən Fərqli Gözəllik Anlayışları

Gözəllik anlayışı ölkədən ölkəyə, cəmiyyətdən cəmiyyətə fərqlilik göstərir. Buna görədə insanlar üzvü olduğu cəmiyyətə görə xarici görünüşünü dəyişdirir və formalaşdırır.

İran-Üzdəki Sarğılar və bantlar

İranlı qadınlar çox tez tez cərrahi əməliyyatlar keçirib daha cazibədar olmağa çalışırlar. Ancaq son zamanlar kişilərində cərrahi əməliyyatlara üstünlük verdiyi müşahidə olunur. Əgər üzdə bir bant və ya sarğı varsa İranda bu cazibədarlıq simvolu kimi qəbul olunur.

Yaponiya – Çarpıq Dişlər:

Dünyanın demək olarkı bütünündə dişlərin düz və səliqəli olması gözəllik və cazibə simvolu sayılmasına baxmayaraq Yaponiyada bu durum bir az fərqlidir. Çünki səliqəsiz dişlər gənc olmağı bildirir. Dünyada əyri dişlər problem görülərək düzəldilməyə çalışılsada, yaponlar əksinə həkimə gedib dişlərini çarpıq edir və ya əyri diş əkdirirlər.

Burma-Uzun Boyun:

Əminəm ki bu uzun boyun adətindən hamınızın xəbəri var. Burmanın qərbində bir bölgədə yaşayan kayan qəbiləsində çox yayğın bir formada halqalar istifadə olunur. Bu qəbiləyə görə boynunuz nə qədər uzunsa o qədər gözəlsiniz.

Ayrıca bir əlavə məlumatda verim ki, bu qəbilədə qadın xəyanət edərsə bu halqalar boyundan çıxarılır.

Mursi Qəbiləsi- İri halqalı dodaqlar:

Bu qəbilənində Burma qəbiləsi kimi olduqca qəribə bir gözəllik anlayışı var. Efiopiyada yaşayan bu qəbilədə qızların alt dodaqlarındakı disklər nə qədər geniş olarsa qızların sosial statuslarda o qədər yüksək olur. Eyni zamanda bu qəbilə sosial statusu yüksək olan qızlara daha çox cehiz verirlər. Qəbilədəki digər bir inanış isə pis ruhların ağızdan girdiyi inancıdır ki qızlar bu disklər sayəsindən pis ruhlardan qorunmaqdadırlar.

Ürək şəklində üz – Cənubi Koreya :

Ürək şəklində bir üz formasına sahib olmaq Koreyada gözəlliyin qızıl qaydasıdır və qadınlar bu üz şəklinə sahib olmaq üçün fərqli cərrahi əməliyyatlar keçirirlər. Ona görədə Cənubi Koreyada plastic cərrahi müdaxilələr normal qəbul edilməkdədir.

Çin/Tayland-Soluq bəniz:

Asiyalılar niyə həmişə soluq rənglidir və yaxudda bunlar niyə günəşdə qaralmırlar deyə düşündünüzmü? Bunun sirri Asiyada soluq bəniz gözəlliyin qızıl qaydası olmasıdır. Çin və Tayland kimi ölkələrdə soluq bənizin qadınıara cazibədarlıq qatdığı düşünülür. Ona görə asiyalılar soluq bənizli qalmaq üçün dəri ağardıcı özəl kremlərdən istifadə edirlər.

Qərbi Afrika – Yaralar:

Bu ölkədə yaşayan insanlar və xüsusi ilə kişilər bədənlərindən iz və naxışlarla bəzəməyi sevirlər. Naxışların çox olması qadınlarda gözəllik kişilərdə isə cəsurluq simvolu kimi sayılır.

Mavritaniya – Artıq çəki:

Mavritaniya arıq qadınlar üçün cəhənnəm sayılır. Burda  qadınlar çox kilolu deyilsə kişilərin diqqətini çəkmə ehtimalı yox deyiləcək qədər azdır. Evlilik yaşı çatan qızların kökəlmək üçün xüsusi dərman vasitələrinə xeyli miqdarda pul xərcləməsi bunun bariz nümunəsidir. Hətta Mavritaniyada əgər 60 kg çəkidəysəniz və kökəlmək istəmirsinizsə bəzi cəza tədbirləri görülür.

Fula Qabiləsi – Geniş Alın:

Afrikadakı bu qəbilə qadınlarında ən önəmli gözəllik ölçüsü geniş bir alın hesab olunur. Buna görədə bu qəbilədəki qadınlar alınlarının daha geniş görünməsi üçün saçlarını qazıyırlar.

Amerika – Büyük Ombalar:

Amerikalılar təkcə gözəlliyi sarı saçlarda və mavi gözlərdə görmür. Cənubi amerikada insanlar üçün qadınların ombaların və sinələrin böyük önəmi vardır.  Buna görədə qadınlar ombalarını, sinələrini böyütmək və insanlara gözəl görünmək üçün müxtəlif plastik cərrahi əməliyyatlar keçirirlər.

What do you think?

0 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Ramazan ayının 11-ci gününün duası

Hər Gün İki Ədəd Banan Yesək Nə Olar

Hər Gün İki Ədəd Banan Yesək Nə Olar?