in ,

Necə Hazırlandığını Bildiyinizdə Almaq İstəməyəcəyiniz Mallar

Bir cox firmalar mallarının daha çox satılması, gözəl görünməsi, və vitrində daha uzun müddət qalması üçün sağlamlığımıza zərər vuracaq maddələr qatmaqdan çəkinmirlər. Bunları anlamağın müxtəlif yolları vardır. Ancaq bəzən bu zərərverici maddələri o qədər ustalıqla gizlədirlər ki, nə qədər diqqətlə tərkibi oxusaqda bəzən bunları anlamaq çox çətin olur. Kodlardan ibarət olan bu yazıları anlamaq üçün bir az internetdən araşdırma aparmaq və bəzi telefon tətbiqlərindən bilmək mümkündür. Ancaq bu günkü mövzumuz bu haqda deyil.

1. Vanil və Qunduz yagı

Marketlərdə satılan şəkərli vanil və vanil bir birindən olduqca fərqlənir. Daha doğrusu vanil deyə istifadə etdiyimiz məhsul həqiqi vanil deyil. Həqiqi vanil çox bahalıdır və zəfərandan sonra ədviyatların içərisində ən bahalı ədviyyat növü hesab olunur. İnanmaqda çətinlik çəksəkdə marketlərdə satılan ucuz vanillər qunduzun anal ifrazatından və  yağından əldə olunur. Bəlkə buna inanmayacaqsınız amma bu bir həqiqətdir. Əgər bu sözümə şübhə ilə yanaşsanız internetdə aparacağınız kiçik bir araşdırma sizin şübhələrinizi yox edəcəkdir. Bir az qəribə səslənsədə bu Amerika qida və əczaçılıq dərnəyi tərəfindən sağlamlığa faydalı və təbii qidalar sinifinə daxil edilmişdir. Ancaq nə qədər Amerikada bu məhsul faydalı hesab etsədə müsəlmanlar üçün bunun halalmı yoxsa haram olmağı barədə şübhələr vardır. Qunduz yağından və anal ifrazatından ətriyyatda, dondurmalarda, siqaretlərdə, konfetlərdə və saqqızlarda istifadə edilməkdədir.

2. Pringles Cipsləri

Bir çoxumuzun sevdiyi bu cipslər həqiqi cips olaraq bilinir. Ancaq bildiyimizin əksinə kartof dilimlərinin hər birinin standard ölçüdə və formada kəsilməsi o qədərdə asan bir proses deyil. Bu cür şəkilin alınması üçün kartofun, taxılın, qarğıdalının və digər maddələrin qarışımını pürə formasına gətirib istehsal edirlər. Pringles cipslərinin sadəcə 40 faizi kartofdan ibarətdir. Qalanı isə qarğıdalı və digər maddələrdir. Cipsin içərisində hansı miqdarda kartofun qatılması barədə üzərinə heç bir məlumat yazılmır. Çünki kartof cipsləri olaraq bilinən normal cipslərdən fərqli metodlarla hazırlandığı üçün qanuni bir zərurət olaraq üzərində bu haqda sadəcə kartofdan hazırlanıb və ya cips ifadələri yazılması qanunən qadağan olunmuşdur.

3. Diş Pastası

Diş pastası kosmetik məhsul növü olduğu üçün tərkibi daha az kontrol edilən məhsullardan biridir. Bunu nəzərə alsaq əslində içində çoxda faydalı maddələrin olduğunu demək çətindir. Dişi ağartmaq üçün tərkibinə qatılan ancaq əslində dişi aşındıran duz və qum qarışdırılır. Bu dadı ağızda hiss etməyin qarşısınıda almaq üçün süni dadlandırıcı və parlaqlıq vermək üçün maddələr, xamır kimi olması və qurumaması üçün isə qliserindən istifadə olunur. Qliserin uzun müddət qalır və dəfələrlə yuyulmasına baxmayaraq ağızdan getmir. Köpüklənməsi üçün isə avtomobilləri yuyarkən istifadə edilən SlS əlavə olunur. SLS-in pis iyini aradan qaldırmaq üçün isə bol miqdarda aromalarda qatılır. Ən çox istifadə edilən mavi, qırmızı və yaşıl rənglərdə isə süni boyalardan istifadə olunur. Sırf gözəl və təbii görünməsi üçün bu yola baş vurulur.

4. Jelibonlar.

Uşaqların hətta böyüklərin ən çox sevdiyi bir digər satılan məhsulda jelibondur. Jelibonlar donuzların dərisinin və sümüyünün uzun müddət qaynadılıb xamır halına gətirildikdən sonra süzülüb soyudulduqdan sonra ortaya çıxan yapışqan maddələrə şəkər və qatqı maddələri əlavə edilərək hazırlanan bir marmelad növüdür. Jelibonlarda şəkər və boya maddələri kimi qatqılardan başqa qatqı maddələridə istifadə edilir. Ancaq ana maddəsi donuz dərisindən və sümüyndən əldə edilən jelatin adında maddədir.  Bundan başqa tərkibinə bəzi balıq növlərinin dərilərini və sümüklərini qataraq elastik olması üçün istifadə olunur. Jelibon mədə xərçəngi xəstəliyi başda olmaqla bir çox xərçəng növünə səbəb olduğu bilinir. Amma çox təəsüf ki bizlər jelibonu və marmelad kimi jelatinli zərərli qidaları uşaqlara verməkdən çəkinmirik. Ümid edirəm ki bu video faydalı olar və sizdə uşaqlarınızı bu qidalardan uzaq tutarsınız.

5. Energetik içkilər.

Energetik içkilər öküz sidiyi və spermasından əldə edilən bir maddədən hazırlandığını eşitməyən yoxdur hər halda. Bunu bəzilərimiz inandırıcı olaraq görməsəkdə bu həqiqətdir. Energetik içkilərin içərisində taurin adlı bir maddə vardır. Amerikada bir quruluşun apardığı araşdırmada bütün marka energetik içkilərin tərkibi araşdırılmış və ürək bulandırıcı bir nəticə əldə edilmişdi. Çünki içkilərin içərisində həqiqətən öküz sperması aşkarlanmışdı. Taurin adı latin dilində olan Taurus sözündən gəlir. Taurus öküz deməkdir. İlk olaraq avstraliyalı elm adamları tərəfindən 1820-ci ildə öküzlərin qaraciyərlərini araşdırarkən kəşf olunmuşdu. Taurin maddəsi öküzlərin sidiklərində, sperma və qaraciyərlərində bol miqdarda mövcuddur.

6. Meyvə suları

Hər kəsin faydalı olaraq bildiyi və uşaqlarımızada sağlamlığına yararlı bilərək verdiyimiz marketlərdə satılan meyvə suları təəsüfki heçdə bildiyimiz kimi faydalı olmaya bilər. Hətta əksinə bərabərində bir çox xəstəliyidə gətirməsi bilinməkdədir. Bəzi meyvə suyu istehsal edən firmaların yemək üçün yararsız, kiflənmiş və xarab olmuş meyvələrdən hazırlandığı bilinməkdədir. Bu meyvələrdən hazırlanan meyvə suları mikrob və toksin baxımından olduqca zəngin olduğu üçün bu içkilərdəndə uzaq durmaqda fayda var. Əlbətdə ki bunu bütün firmalara aid etmək olmaz. Hər firma bu şəkildə məhsul istehsal etmir. Ancaq bəzi firmalar 100 faiz meyvə suyu adı altında müxtəlif kimyəvi dadlandırıcı və aromalar qataraq insanları aldatmağa üstünlük verirlər.

7. Dodaq Boyaları.

Necə Hazırlandığını Bildiyinizdə Almaq İstəməyəcəyiniz Mallar

Qadınların gündəlik həyatında ən çox istifadə etdiyi makiyaj vasitələrindən biridə heç şübhəsiz dodaq boyalarıdır. Ortalama bir qadının həyatı boyunca 3-4 kiloqram dodaq boyası yediyi aşkarlanmışdır. Dodaq boyasının tərkibi və nədən hazırlandığı haqqında suallarınız varsa diqqətlə qulaq asmanızda fayda var. Ən qədim gözəllik vasitəsi olan dodaq boyaları son 10-15 ildə tərkibi olduqca dəyişmiş və fərqli vasitələrdən istifadə edilmişdi. Dodaq boyalarının tərkibində bəzi heyvan piyləri istifadə edildiyi üçün heyvansevərlər tərəfindən etirazlara da səbəb olmuşdu. Ancaq bu həqiqətdir ki, son zamanlarda istehsal olunan bəzi dodaq boyalarının tərkibinə qatılmış bəzi maddələrə görə zəhərlənmələrə və xərçəngə səbəb olduğu sübut olunmuşdu. Bu maddələrin bir çoxu ABŞ-da və Avropa ölkələri tərəfindən qadağan olunmuşdur. Dodaq boyası istehsalında ümumiyyətlə donuzların sinir sistemi hüceyrələri və fərqli kimyəvi rəngləndiricilərdən istifadə edilir. Ancaq bundan başqa bəzi dodaq boyalarında xrom, qurğuşun, aliminium kimi toksik maddələrdə mövcuddur. Dodaqların parlaq edilməsi üçün istifadə edilən bəzi dodaq boyalarında isə parlaqlığı təmin etmək üçün balıq pullarından istifadə edilir. Ayrıca bir dodaq boyasının ağırlığının təxmini 60 faizi bal mumu və yağdan ibarətdir. Bunlardan qorunmaq üçün dodaq boyalarının qutusunun üzərində yazılmış tərkibi oxusanızda bundan böyük ehtimalla bir şey anlamayacaqsınız. Çünki qutunun üzərində tərkibi kodlar vasitəsi ilə yazılır və bunun üçün internetdən və bəzi telefon tətbiqləri vasitəsi ilə anlamaq mümkündür.

What do you think?

1 point
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Kişiləri Qısqandıracaq Əzələlərə Sahib Qadın Body Builderlər

Ramazan Ayı Orucunun 1-ci Gününün Duası