in , , ,

Məhkəmə Zalında Oğlunun Qatilinə Elə Bir Şey Etdi Ki…

2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Ohio ştatında yaşayan 39 yaşındakı Süleyman Abdullah Mütəkəllim axşam vaxtı evə ərzaq almaq üçün həyat yoldaşı ilə marketə gedir.

 Ancaq 3 cinayətkar tərəfindən pulları alınaraq başından güllə ilə vurulur. Amerika Donanmasında işləyən Süleyman Mütəkəllim ağır yaralı olaraq xəstəxanaya çatdırılır. Lakin həkimlərin bütün səyinə baxmayaraq dünyasını dəyişir. Hadisənin ardından 3 cinayətkardan 2-si yaxalanır. 14 yaşındakı Kevin Berry və 17 yaşındakı Valentino Pettis işlədikləri cinayəti boyunlarına alırlar. Polis 20 yaşında 3-cü bir cinayətkardan şübhələnsədə bu haqda dəlil çatışmamazlığından həmin cinayətkarı yaxalamaq mümkün olmur.

Həmin şəxslər məhkəməyə çıxarılarkən çox maraqlı və hər kəsin duyğulanmasına səbəb olacaq şeylər yaşanmışdır. Müsəlman bir ailənin böyük oğlu olan Süleyman Mütəkəllimin 66 yaşındakı anası Rüqəyyə Mütəkəllim məhkəmədə ilk dəfə oğlunun qatilləri ilə qarşı-qarşıya gəlir. İslamda ölümün bir son və ayrılıq olmadığını söyləyən qadın oğlunun xəstəxanada ikən meyidinin  qulaqlarına İnşallah görünşənədək deyə fısıldamışdır. Hər kəs onun oğlunun qatillərinə qarşı kin və nifrət dolu sözlər deyəcəyini gözləyərkən Rüqəyyə Mütəkəllim hakimdən icazə istəyərək 14 yaşlı oğlunun qatilinin yanına getmiş və onu bağrına basaraq qucaqlamışdır. Ardından məhkəmə zalında prosesi izləmək üçün gələn qətli törətmiş gəncin anasının yanına gedərək onu qucaqlamış və səbirli olmağı tövsiyə etmişdir.

Ana Rüqəyyə Mütəkəllimin cinayətkara qarşı şikayətçi olmamasının ardından 14 yaşlı Kevinin cəzası yüngülləşdirilərək 20 il həbs qərarı verilmişdir. Digər gəncin cəzası isə 14 il olaraq təyin edilmişdir.

Oğlunun ölümünün ardından məhkəmədə göstərdiyi gözəl və nümunəvi hərəkətinə görə bu Amerika mediyasında geniş yer verildi və uzun müddət gündəm olaraq qalmışdı.

Sizin fikrinizcə Rüqəyya ananın etdiyi və göstərdiyi hərəkət düzdürmü? Oğlunun qatilinə veriləcək cəzanın yüngülləşdirilməsi üçün şikayətçi olmamasını siz necə qiymətləndirirsiniz? Cavablarınızı bilmək istəyərdim.

Sənə nifrət etmirəm.

Sənə nifrət edə bilmərəm.

Bu bizim yöntəmimiz deyil.

Mərhəmət və rəhmət göstərmək, budur bizim yolumuz.

Sən uşaq idin.

Hələdə balaca uşaqsan.

O onsuzda artıq yoxdur.

Bizim onlardan istədiyimiz şey intiqam deyil.

Intiqam heç nəyi həll etmir.

Mənim oğlumu geri gətirməyəcək.

What do you think?

0 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Ramazan Ayının 10-cu Gününün Duası

Ramazan Ayının 10-cu Gününün Duası

DİŞLƏRİNİZİ SÜRƏTLİ AĞARTMAQ ÜÇÜN 8 YÖNTƏM

DİŞLƏRİNİZİ SÜRƏTLİ AĞARTMAQ ÜÇÜN 8 YÖNTƏM