in ,

Kişiləri Qısqandıracaq Əzələlərə Sahib Qadın Body Builderlər

Body Building, Power Lifting və ya Dead lift hər nə qədər kişi idmanı sayılsada hər sahədə olduğu kimi bu sahədədə qadınlar xüsusi söz sahibi olmuş və ən az kişilər qədər bu idmandada mükəmməl olduqlarını sübut etmişdirlər.

1. Alina Popa

Alina Popa

Qadın bodybuilderlər arasında 43 sm-lik bisepslərə çox az rast gəlinir. Amma Alina Popa sahib olduğu bədən quruluşu ilə bütün düşüncələrimizi alt-üst etməyə nail olmuşdur. Rumıniyalı Alina 12 yaşından idmana başlamış 19 yaşındada Body Building dünyasına addım atmışdı. Müsabiqələrə qatılmağa başladıqdan sonra podiumlarda görünməyə başlayan Alina bütün yarışlarda böyük qələbələrə imza atmışdı. Beynəlxalq Body Building və Fitness Federasiyası tərəfindən tərtib olunan siyahıya görə dünyanın ən yaxşı ikinci qadın Body Building-çisi elan olmuşdur. Beynəlxalq İFBB çempionatlığında birinci, Miss Olimpiada isə ikinci olmağa nail olmuşdu. Squatda 170, bench pressdə 110 kq ağırlıq qaldıra bilən 39 yaşındakı idmançı ən son 2016-cı ildə Rising Phoenix World Championships-da 3-cülük əldə etmişdi.

2. Iris Kyle

Iris Kyle

İris bodybuilding tarixinin indiyə qədər görmüş ən əfsanə qadın idmançılarından biridir. Kariyerası boyunca o qədər medal, dərəcə və uğur əldə etmişdiki yaxın gələcəkdə onu keçə biləcək başqa bir qadın idmançının çıxması olduqca kiçik bir ehtimaldır. Sonuncu 2014-cü il olmaqla toplamda 11 Miss Olimpiya birinciliyi vardır. Bu yarışmadakı və digər yarışmadakı dərəcələri ilə dünya miqyasında tanınan İris aldığı olduqca çoxlu medallardan kiçik bir muzey belə qura bilər. Ən son Miss Olimpiyada 1-ci olduğunda 41 yaşında idi. İdmanı atdıqdan sonra Lass Vegasda bir kafe açan İris eyni zamanda Body Building həvəskərlarınada məsləhətlər verməkdədir.

3. Joanna Clare Thomas

İngiltərəli bir professional Body buildinqçi olan Joannanın bacısıda özü kimi bu idmanla məşğul olur. Bu qadınlar üçün body building bir həyat fəlsəfəsidir deyə bilərik. Çox gənc yaşlarında idmana başlayan Joanna 21 yaşında İFBB pro olmağa nail olaraq İFBB tarixində buna nail ola bilən ən gənc qadın idmançı ünvanınıda əldə etmişdi. 20-li yaşlarında fərqli yarışmalara qatıla və bunlarda bir çox uğur əldə etsədə Miss Olimpiyada hər şey ürəyincə olmadı və 10-cu yer tutmağa nail oldu. Sonra müsabiqələrə qatılmağa bir müddət fasilə verib daha çox idmanla məşğul olmağa başlasada istədiyi uğuru qazanmağa nail ola bilmədi. Bundan sonra 2007-ci ildə idmanı tərk etdi. Amma yenədə sahib olduğu əzələlər sayəsində İngiltərənin Super Size She adlı bir sənədli filmə çəkilməyə nail olmuşdu.

4. Kristy Hawkins

Body Building dünyasında görülən nadir insanlardan biri olan Kristy Hawkins həm beyin həmdə əzələ kütləsinin bir arada olduğu idmançılardan biridir. Kristy Body Building idmanındakı uğurları ilə yanaşı eyni zamanda bir kimya mühəndisidir. Body Building-ə arıqlamaq üçün başlayan Kristy daha sonra bu idmana qarşı ürəyində sevgi bəsləməyə başlamış və hər şeyi ataraq Body Building-ə daha çox vaxt ayırmışdır. 1998-ci ildə müsabiqələrə qatılmağa başlayan bu güclü qadın 2007-ci ildə professional oldu. Qazandığı bir çox uğurun ardından 2011-ci ildə Body Building-i tərk edib Power Lifting-ə yönəldi. Bu kariyera dəyişimindən iki il sonra Squat və Deadliftdə 75 kilo qadınlar kateqoriyasında dünya rekordu qıraraq bu sahəyədə imzasını atmış oldu.

5. Julia Vins

21 yaşındakı rus fitness modeli və power lifting-çisi olan Julia bir uşağın üz cizgilərinə və əfsanəvi film personajı olan Hulk-ın bədəninə sahib olaraq dəyərləndirilir. Squatda 236, deadliftdə isə 195 kq ağırlıq qaldıra bilən bu qızın çəkisi isə inanmaq nə qədər çətin olsada sadəcə 65 kilodur. Görünüşünü dəyişdirmək üçün bir neçə estetik əməliyyat keçirən idmançı hər nə qədər bir kişi idmanı ilə məşğul olsada gözəl görünmənin onun üçün önəmli olduğunu vurğulayır. Sosial mediyada olduqca aktiv olan bu qız haqqında insanlar iki fərqli düşüncələrə sahibdir. Bəzi insanlar onun cazibədar göründüyünü desələrdə ki məndə bu fikirdəyəm bəzi qisim insanlarda onun olduqca çirkin olduğunu düşünür. Siz nə düşünürsünüz. Bu qədər əzələ bir qadına yaraşırmı yoxsa əksinimi düşünürsünüz? Fikriniz maraqlıdır. Bildirin bizdə bilək.

6. Lorna Biggam

Lorna Biggam 42 yaşındakı bir Body Building həvəskarıdır. Body Building-i sanki həyatının mərkəzinə qoyan bu qadın bunu bir reportajındada etiraf etmişdi. 4 uşaq anası olan qadın eyni zamanda yanğın söndürmə əməkdaşı olaraq işləyir. 4-cü uşağını dünyaya gətirdikdən 10 ay sonra Britaniya Qadın Body Building Finallarına qatılmışdır. Bu idmana o qədər marağı vardır ki, hətta həkimlərin xəbərdarlıq etmələrinə baxmayaraq hamilə ikən belə bu idmanla məşğul olmuşdur. Gündə 6 saatını bu idmana həsr edən qadın eyni zamanda digər vaxtını ev işlərinə, uşaqlara, və əsl vəzifəsi olan yanğın söndürmə işinə ayırır. 36 sm-lik bisepsləri və bədənin formasına görə standart ana görüntüsünü alt-üst etmişdir.

What do you think?

1 point
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

İslamda Qadınların Bu 3 Şeyi Etmələri Qadağan Olunmuşdur

Necə Hazırlandığını Bildiyinizdə Almaq İstəməyəcəyiniz Mallar