in ,

İt Hücum Edərsə Nə Etməlisiniz

 İt Hücum Edərsə Nə Etməlisiniz?

İtlər qədimdən əhilləşdirildikdən sonra insanların ən yaxın dostları olmuşdur. Evdə it saxlamasanız belə küçədə və ya yaxın dost-tanışlarınızın evində mütləq hər gün it görürürük. Onlar insanları çox sevsədə və vəfalı olaraq tanınsada bəzən aqressiv hərəkətlərinində şahidi oluruq.

Yol ilə gedərkən bir itin aqressiv hərəkətləri ilə qarşılaşa və özünüzü təhlükə altında hiss edə bilərsiniz. Bu vəziyyətdə nə etməliyik?

1. Qorxmadığınızı hiss etdirmək

İtlərin və digər canlıların insan qorxusunu hiss etdiklərinə inanılır. Buna görədə bir it sizə mırıldadığında və ya hürdüyündə əvvəlcə sakit durmalısınız. Qışqırmaq, ani hərəkətlər və ya qaçmaq itlərin ovlarına hücum etmə refleksini qaldırmağa və sizə doğru hücum etməsinə səbəb olar. Buna görədə ən önəmli şey qorxuya qapılmamaq və sakit durmaqdır.

2.  Qaçmayın, sakitcə yolunuza davam edin

Qaçarkən bir itlə qarşılaşsanız və onun sizə doğru hücum etməyə hazırlaşdığını görsəniz yavaşlayın və sakitcə arxaya dönərək tərs yöndə getməyə başlayın. Ancaq bunu edərkən göz ucuyla iti izləməyə davam edin. Tamam durub qollarınızı da hərəkətsiz saxlasanız itin sizə olan marağının itməsinə və öz yoluna davam etməsinə səbəb olacaqdır.

3. Göz-gözə gəlməyin.

Sizə qarşı aqressiv olan bir itlə göz gözə baxışmaq onun aqressivliyini daha da artıracaqdır. Gözlərinizi dikib onların gözlərinə baxsanız itlər bunu təhlükə olaraq sezər və meydan oxuma olaraq qəbul edərlər. Ona görədə özlərini müdafiə rejiminə keçər və hücum etmə reflekslərini işə salmasına kömək etmiş olarsınız. Belə bir təhlükəli vəziyyətdə iti və sizə qarşı olan duruşunu izləməyə davam edin. Ancaq bunu onunla göz gözə baxaraq deyil göz ucu baxaraq edin. Göz təması qurmadığınızda onuda hirsləndirməmiş olarsınız. Bu vəziyyətdə sizi bir təhlükə olaraq görməz və böyük ehtimalla oradan uzaqlaşacaqdır.

4. Başqa bir əşya ilə iti diqqətini dağıdın.

Əgər belə bir təhlükə vəziyyətdə olsanız o anda əlinizin altında olan hər hansı bir əşyanın sizə faydası ola bilər. Təhlükə anında itin diqqətini dağıtmaq üçün ayaqqabınızı, belinizdəki çantanı, əlinizdəki su qabını və s. verə bilərsiniz. Əşyalarınızı itə atmaq çoxda xoş bir hal olmasada bu onun yanından təhlükəsiz formada uzaqlaşmanıza vaxt qazandıracaqdır. Ancaq uzaqlaşarkən qaçmamağa diqqət edin. Yavaş və sakit formada yeriyərək  oranı tərk etməlisiniz.

5. Geri getməsi üçün əmrlər verin.

Əgər itin hələdə aqressiv hərəkətləri varsa üzünə baxaraq ona geri çəkilməsi üçün əmrlər verin. Ancaq bunu edərkən yenə bir-başa gözlərinin içinə baxmamağa çalışın. Geri çəkil əmrini ötkəmli səs tonu ilə verin. Bunu edərkən qışqırmamalısınız. Eyni zamanda diqqət etməyiniz tələb olunan bir başqa şeydə özünüzdən əmin bir duruş sərgiləyin və qormadığınızı hiss etdirin. Bu tip hallarda ən çox işə yarayan əmr sözləri “Olmaz”, “Yox”, “kənara çəkil” kimi sözləridir.  Əgər düzgün bir şəkildə əmr verə bilsəniz səs tonunuz və qərarlı duruşunuz onun üzərində təsir yaradacaq və sizdən uzaqlaşmasına səbəb olacaqdır.

What do you think?

0 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Ramazan Ayının 9-cu Gününün Duası

Ölürken Hissettiklerini ve Yaşadıklarını Tarif Etmiş 5 İnsan Ölüm

Ölümdən Geri Dönən 5 İnsanın İnanılmaz Sözləri – Ölümün Hiss Etdirdikləri