in

Hermofradit nədir?

Bir çoxlarımız çox güman ki, bu ad haqqında eşitməmiş, heç mahiyyət etibarilə bu adın xarakterizə etdiyi halın əyani şahidi belə olmamışıq. Hermofradit terminaloji adı tibbi-bialoji sahədə ikicinslilik əlaməti kimi çox nadir görünən anadangəlmə situasiya ilə xarakterizə olunur.

Gəlin ilk öncə “Hermofradit” sözünün nə anlama gəldiyinin tarixi arayışını verək; Hermofradit sözü yunan mifalogiyasına istinadən xəbər tanrısı Hermes və gözəllik ilahəsi Afroditanın adlarının ixtisarlaşmış birləşməsindən ərsəyə gəlmiş, bəlli bir mifoloji hadisə ilə tibb sahəsinə sirayət etmişdir.

Rəvayətə görə Afrodita ilə Hermesin bir oğlu olur. Adını Hermafrodit adlandırırlar. Hermafrodit adı isə uşaqlıqdan hətta qız uşaqlarında belə görünməyən gözəllik və zərifliyə malik olması ilə bir su pərisinin diqqətini çəkir. Su pərisi, mütamadi olaraq ona yaxınlaşmaq üçün dəridən, qabıqdan çıxır, lakin Hermofraditin qızlara xas olan nazı ilə qarşılaşır. Heç bir üsulla öz məqsədinə çata bilmədiyini görən su pərisi bir gün göldə üzən Hermofraditin birdən qarşısına çıxmaqla ona çox sıx bir şəkildə qucaq açaraq onu bağrına basır.

Tanrılara onları biri-birindən ayırmaması üçün yalvaran su pərisinin diləyi qəbul olunur və nəticədə iki cins bir vücudda formalaşır. Beləliklə ikicinsiyyətli bir insan günümüzdə də tibb aləmində də çox nadir qarşılaşan vəziyyətlə yadda qalmağa nail olur. Dünyaya bu anomalik vəziyyətləri ilə göz açan insanlar cinsiyyət seçimi qarşısında qalır və statiskaya görə ömrünü əməliyyat yolu ilə zərif cinsin nümayədəsi kimi keçirmək istəyən hermofraditlərin üstünlüyü müşahidə olunmaqdadır.

Bu anomalik durumdan isə Allahın mövcud olmaması ilə bağlı atesist düşüncəli insanlar inanclı insanlar qarşısında əsaslı isbat əldə etdiklərini düşünürlər.

This post was created with our nice and easy submission form. Create your post!

What do you think?

2 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Dünyanın Rekord Məbləğli Alimentləri – Ən Bahalı Boşanmalar

islam alimleri

Tarixdə İz Qoymuş İslam Alimləri