in ,

Heç bir reklam şirkətinə pul xərcləmədən dünya brendi olan Xiaomi haqqında az bildiyimiz 9 həqiqət

Xiaomi markası öz rəqibinlərini son zamanlar qorxutmağa davam edir. Xüsusi ilə İphone və Samsung kimi brend markaların əzəli rəqibi olmağa başlayan bu firma haqqında çox az şey bilirik. 

01- Xiaomi satdığı məhsullarından sadəcə 5 faizini gəlir götürür.

Əslində bu iddia firma rəhbərlərinin iddiasıdır. Hətta bundan başqa firma bunuda qeyd etmişdiki əgər satılan mallardan 5 faizdən daha çox qazanarsa həmin vəsati yeni texnologiyanın inşasına istifadə ediləcək. Bu açıqlama 2018-ci ilin aprel ayında şirkətin CEO-su Lei Jun tərəfindan gəlmişdi.  Bundanda belə bir qənaətə gəlmək olar ki firma qısa zamanda daha çox gəlir götürmək yerinə uzun müddətdə insanların güvənini qazanmağa üstünlük verdikləridir. Çox ağıllı və məntiqli variantdır.

02- Şirkət Milyonlarla Xiaomi məhsulu sataraq Guinnes Rekordlar kitabına girib.

Firma bu uğuru 2015-ci ildə qazandılar. 24 saat içində 2.112.010 ədəd cihaz sataraq bu rekordu əldə etmişdir. Həmin il 770.000 ağıllı ev aləti, 247.000 ağıllı lampa, 208.000 MiBand və 38.000 ədəd televizor sataraq böyük məbləğdə qazanc əldə etmişdir. Buda toplam 420 milyon dollarlıq satış deməkdir.

03-Xiaomi mi.com domain adını almaq üçün 3.6 milyon dollar xərcləmişdir.

Xiaomi 2014-cü ildə xiaomi.com olan rəsmi veb saytını dəyişdirmək üçün mi.com-u tam 3.6 milyon dollara aldı. Bununda səbəbi Xiaomi yəni şaomi sözünün global dillərdə səslənişi çətin olduğu üçün bu addımı atmışdılar. Yavaş-yavaş dünya brendi olmaq üçün irəliləyirlər.

04-Şirkətin Google ilə əlaqələrinin olduğu.

Uğurunun gizli səbəbi bəlkədə budur. Çünki Xiaomi şirkətində daha əvvəl işləyən 9 nəfərdən 3-ü əvvəllər Google ilə işləyən insanlardır. Şirkətin təsisçisi Lin Bin də daxil olmaqla Hong Feng və Şirkətin Prezidentinin köməkçisi Hugo Barra daha əvvəl Google-da işləmiş insanlardır. Ancaq bir şey var ki Hugo Barra 2017-ci ildə Xiaomudən ayrılaraq facebookda işə girdi.

05- 2014-cü ildə Xiaomi telefonlarında casus proqramları olan keylogger adlı proqramlara rast gəlindi.

Ən son ABŞ, Huaveini casus proqramlar istifadə etməklə mühakimə etmiş və müxtəlif cəzalar tətbiq etmişdir. 2014-cü ildə isə eyni vəziyyət Xiaominin başına gəldi. Həmin illərdə satışa təqdim olunan Redmi Note və Redmi 1S modellərində casus proqramlara rast gəlinmişdi. Ancaq narahat olmayın bu məsələ Çin, Tayvan və Hong Kongda aktivləşdirilən cihazlarda rastlanılmışdı. Əlbətdə kid aha sonra həmin proqramlar telefonlardan təmizləndi. Ancaq hal-hazırda şirkət bu mənfi imici təmizlədi və bu sahədə yəni təhlükəsizlik sahəsində bir xeyli iş görülmüşdür.

06- Çinin İ-Phone”u

Abş üçün Apple nədirsə Çindədə Xiaomi odur. Apple şirkətində olduğu kimi Xiaomi-nində Çində  özünə məxsus mağazaları mövcuddur. Hətta şirkətin CEO-su yəni Baş İcraçı Direktoru həm geyim tərzi həmdə bacarıqları ilə Steve Jobs-a bənzəyir.  

07-Xiaomi firması reklama pul xərcləmir.

Heç bir dəfədə olsun televizorda xiaominin reklamını görməmisiniz. Gələcəkdə necə olar bilinməz amma hal-hazırda şirkət reklama pul xərcləmir. Şəxsən mənim rastıma çıxmadı. Bunun səbəbi şirkətin əslində buna ehtiyacının olmaması. Şirkət məhsulları digər firma məhsullarına nisbəttən həm qiymət, həmdə keyfiyyət baxımından çox münasibdir. Bilindiyi kimi də televizor reklam qiymətləri çox bahalıdır. Reklama xərclənən pulun malın qiymətinədə təsir edir. Hansı firma daha çox reklam büdcəsi ayırırsa ayrılan büdcə məhsulun qiymətlərinədə təsir edir. Lakin bunun əksinə Xiaomi çox fərqli yol sınayır. Reklama pul xərcləmir. Buda məhsulun qiymətinə fərqli təsir edir.

08- Xiaomi Logosu nə məna kəsb edir?

Heç bir reklam şirkətinə pul xərcləmədən dünya brendi olan Xiaomi haqqında az bildiyimiz 9 həqiqət

Bəziləri bunu James Bond filmlərindən tanınan məhşur söz ‘mission impossible’ sözünün qısaldılması olaraq bilsədə, ancaq səbəb başqadır. Mİ logosunun mənası tərs çevriləndə Çin dilində ürək mənası verir. ə

What do you think?

1 point
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Varikozdan əncir yarpağı ilə xilas olun!

Callie Rogers

Lotoreyadan Milyonlar qazanan şanssız insanlar