in

Hər Gün İki Ədəd Banan Yesək Nə Olar?

Hər Gün İki Ədəd Banan Yesək Nə Olar
Hər Gün İki Ədəd Banan Yesək Nə Olar

Bananın tərkibindəki bir çox faydalı vitaminlərə və dadına görə hər kəs sevir. Ancaq dadından başqada bədənimizə bir çox faydasıda vardır. Hər gün iki ədəd banan yeyərsək bədənimizdə nələr baş verər buna baxaq.

Bananın tərkibində üç təbii şəkər saxaroza, meyvə şəkəri və qlikoza vardır. Banan ani və uzunmüddətli enerji verir. Araşdırmalara görə 2 ədəd banan yeyildiyində 90 dəqiqəlik yorucu idmana kifayət edəcək qədər enerji dəstəyi təmin edir. Bir çox idmançınında favorit meyvəsinin banan olduğuna təəcüblənməmək lazımdır. Ancaq bananın tək faydası enerji verməsi deyil.

Faydalarını eşitdiyində çox təəcüblənəcəksiniz.

Depressiyanın qarşısını alır.

Sarı rəngdəki möcüzəvi meyvə yüksək miqdarda triptofan adlı bir amino asid sayəsində depressiyanın qarşısını alır. İngiltərədə aparılan bir araşdırmaya görə depressiyada olan xəstələr banan yedikdən sonra daha yaxşı olduqları ortaya çıxmışdır.

Beyinin funksiyasını artırır

Beyinin qlikoza və potasiyuma ehtiyacı vardır. Bir məktəbdə 200 şagirdin bir il işərisində imtahan vaxtı boyunca günorta yeməyindən əvvəl banan verilmiş imtahan sonrası aparılan incələmələr banan yeyən şagirdlərin daha yaxşı öyrəndikləri müşahidə olunmuşdu.

Öd kisəsinin fəaliyyətini yaxşılaşdırır

Banan bədəndə təbii bir antiasid təsiri yaratdığı üçün mədənidə rahatlaşdırır. Banan öd kisəsi üçün olduqca faydalı maddələr ilə zəngindir. Buna görədə bağırsaq sistemi üçündə faydalıdır. Xəstə uşaqlar üzərində aparılan müayinələr nəticəsində bananın qəbizlik və qarınağrısının qarşısını alır. Tərkibində olduqca yüksək miqdarda lif olduğu üçün həzm prosesini asanlaşdırır.

Qan azlığına faydalıdır.

Bananın tərkibindəki dəmir səbəbinə görə qanazlığınada faydalıdır. Bədənimizin hemoqlabin və qırmızı qan hüceyrəsinini yaratmaq üçün dəmirə ehtiyacı vardır. Beləliklə hər gün banan yemək qan dövranınıda sabitləyir.

Stressin qarşısını alır.

Bəzi şeylər insanın zaman-zaman stressli olmasına və ya əhvalının pozulmasına səbəb olur. Heç kim stressli olmağı sevməz. B vitamini stressi azaltmağa kömək edən vacib vitaminlərdən biridir. Bananda yüksək miqdarda B vitamini vardır.

Yüksək təzyiq

Banan yemək yüksək təzyiqi aşağı salır, ayrıca iflic və infarct riskini azaldır. Bananın tərkibində sodiumunda olduğu bilinir. Əlavə olaraq ürəyi qoruyan, damarları genişlədib qan dövranını sabitləyən potassium baxımından da zəngindir. Bananın tərkibində 0 tuz vardır. Buda yüksək təzyiqi aşağı salmaq baxımından önəmli bir nöqtədir.

Qızdırma

Bir çox ölkədə banan sərinlədici bir meyvə olaraq qəbul edilir. Belə ki, Taylandda hamilə qadınlar banan yeyərək doğulmuş uşaqların qızdırmasının aşağı saldığı düşünülür. Əgər qızdırmanız varsa 2 ədəd banan yemək qızdırmanı aşağı saldığı bilinir. Ancaq həkimlər çox banan yeməyin zərərlərinində ola biləcəyini deyirlər. Hətta bir sübutu və faktı olmasada altıdan çox banan yeməyin insanları öldürəcəyini də iddia edənlər vardır.  Düz olub olmadığını deyə bilməsəmdə hər şeyin çoxunun zərər olduğu kimi bananında çox miqdarda yeməməyinizi tövsiyə edirəm.

What do you think?

0 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Ölkədən-Ölkədən Fərqli Gözəllik Anlayışları

Ramazan ayının 12-ci gününün duası