in

Dünyanın Ən Qəddar və Soyuqqanlı Qatili – Rostov Qəssabı Andrey Çikatilo

Dünyanın Ən Qəddar və Soyuqqanlı Qatili – Rostov Qəssabı Andrey Çikatilo

Mən təbiətin bir səhfiyəm.

Dəli bir heyvanam.

ANDREY ÇİKATİLO

Andrey Çikatilo 1936-cı ildə Ukaynadan anadan olmuşdur. Anadan olduğu illər ölkəsi qıtlıq çəkirdi. Stalinin siyasətinin nəticəsində 2 milyonun acından öldüyü Ukrayna qıtlıq illərini keçmiş Sovet Sosial Respublikaları vətəndaşları və tarixlə maraqlanan bir çox insan bunu çox yaxşı bilir. Həmin aclıq illərində Ukraynada bir çox insan acından ölmüş insanların ətlərini ölməmək üçün yemişdi. O dövrlər uşaq olan Çikatiloyada böyük qardaşının tanımadığı insanlar tərəfindən qaçırılaraq yeyildiyi deyilmişdi. Anası tərəfindəndə tez-tez döyülür və təhqir olunurdu. Atasıda müharibə zamanı əsir düşmüş və ondan xəbər alınmamışdı. Ancaq bu bütün yoxluqlar və əziyyətlərə baxmayraq Çikatilo dərslərini çox yaxşı oxuyurdu.

Yeniyetməlik dövründə Erektil Disfunksiya yəni cinsiyyət orqanının sərtləşməməsi xəstəliyinin olduğunun fərqinə vardı. Bunun üçündə özünü kişi olaraq adlandırmır və zəif olduğunu düşünürdü. Utanğac olmağa başlamışdı. 1955-ci ildə ilk ciddi münasibətə başlamışdı ancaq nə qədər səy göstərsədə erektil disfunksiya səbəbindən bütün münasibətləri qısa zamanda bitdi.

3 il məcburi əsgərliyini çəkdikdən sonra öz kəndinə qayıdıb yenidən bir münasibət qurdu lakin bundada xəstəliyinə görə bu münasibətidə uzun çəkmədi.

Bütün fikrini təhsilinə verən Çikatilo o illər Rostov Universitetinə girdi və yüksək dərəcə ilə universiteti bitirdi. Bundan sonra Rus dili və ədəbiyyatı müəllimi işləməyə başladı. Çikatılo bir müəllim olaraqda özünü zəif və passiv görürdü. Sakit xasiyyətli və susqun olması onun dərslərində uşaqların hörmət göstərməməsinə və onunla zarafat etmələrinə səbəb olmuşdu. Qızlar içərisində həddindən artıq utanğac olmasının fərqinə varan bacısı onu bir qızla tanış edərək evləndirmişdi.

Bu evlilikdən bəzi səbəblərdən 2 uşağı olmuşdu. Bundan bir müddət sonra məktəbdə qızlara qarşı bəzi əxlaqsız hərəkətlərindən dolayı uşaqlar tərəfindən şikayət edilmiş və rəhbərlik tərəfindən məktəbdən uzaqlaşdırılmışdı.  Daha sonra Rostovda bir fabrikdə işə düzəldi. İşi ilə əlaqədar tez-tez səyahətlər edirdi. Bu gələcəkdəki cinayətləri üçün şərait yaradacaqdı.  

1978-ci ildə ilk cinayətini törətdi. 22 sentyabr 1978-ci ildə Yelena Zakotnova adlı 9 yaşındakı qızı öldürmüşdü. Balaca qıza konfet verərək aldatmış və daha əvvəldən cinayət törətmək üçün planlaşdırdığı başqa bir evinə aparmışdı. Onunla cinsi münasibətə girməyə çalışdı ancaq yenə xəstəliyindən dolayı ereksiya əldə edə bilməmişdi. Qız qaçmaq istədiyində isə qarnından 3 bıçaq zərbəsi vuraraq öldürdü. Bu əsnada orqazm olması onun daha çox cinayət törətməsinə həvəs yaratmışdı. Zakatnova cinayətindən sonra Çikatılo qadın və uşaqları bıçaq zərbəsi vuraraq ereksiya əldə edə və orqazm yaşadığını anladı.

3 ildən sonra şəhər mərkəzində bir avtobus dayanacağında Larisa Tkaçenko adında 17 yaşlı bir qızla qarşılaşdı. Daha sonrakı etiraflarına görə, onunla araq içmək bəhanəsi ilə Volqa çayının yaxınlığındakı meşəlik bir sahəyə apardı. Tkaçenko tələyə düşmüşdü. Ətrafda heç kəsin olmadığını görən Çikatilo qızı yerə atmış və paltarlarını çıraraq əynindən çıxarmışdı. Cinsi münasibətə girmək istədi lakin yenə ereksiya yaşaya bilmədiyi üçün qızı taxta ilə döyməyə başladı. Qızın bağırtısının qarşısını almaq üçün zorla ağzına palçıq soxaraq boğaraq öldürdü. Çikatilo dişləri ilə Tkaçenkonun sinəsinin uclarını qopardı.

9 ay sonra getdiyi başqa bir kənddən Lyubov Biryuk adında 13 yaşlı bir qız ilə qarşılaşdı. Çikatilo qıza hücum edərək yaxındakı otluq sahəyə sürüdü və üzərindəki paltarları cırmağa başladı. Onun bədəninə 52 ədəd bıcaq zərbəsi vuraraq öldürdü.

Onun cinayət planı dəyişməz qalırdı. Yaxındakı bir meşəliyə və ya başqa bir tənhalıq sahəyə qurbanlarının istəklərinə uyğun təkliflər edərək aparır və bıçaqlayaraq öldürürdü. O uşaqları, fahişələri, qaçaqları, evsizləri və nəqliyyat gözləyən gəncləri hədəf almışdı. Əvvəlcə qurbanlarının gözlərini oyurdu. O bütün qurbanlarını çox sayda bıçaq zərbəsi ilə yanaşı adətən döyərək və boğaraq öldürür və bundan sonra öldüyündən əmin olurdu. Qurbanlarının gözlərini oyaraq çıxarırdı.

Çikatilo yeniyetmə qadın qurbanlarına araq təklif edərək, fahişələrə və evsiz olanlara isə pul təklif edərək tələyə salırdı. Adətən ilk növbədə onlarla cinsi əlaqəyə girməyə çalışırdı. Ereksiya olmadığında isə hirslənərək onları bıçaqlayırdı. Məhkəmədə “bıçaqla qurbanları ilə  cinsi münasibətə girdiyini düşünərək orqazm olurdum” demişdi. Qurbanlarını öldürdükdən sonra onları gizlətməyi və ya basdırmağı düşünmürdü. Cəsədləri oradaca qoyub gözdən itirdi.

Bir dəfəsində avtobusda qarşılaşdığı 10 yaşındakı bir qızı tarlaya aparmış, baş və bədəninə 50dən çox bıçaq zərbəsi vurmuşdu.  Daha sonra sinəsini açaraq bağırsaqlarını və orqanlarını çıxarmışdı.

Cinayətlərindəki vəhşilik və qurbanlarının orqanlarını çıxarması polisi həbsdən yeni çıxmış insanları araşdırmağa sövq etmişdi. Çünki polis bunun bir manyakın, homoseksualların, pedofillərin və ya orqan ticarəti ilə məşğul olan biriləri tərəfindən işləndiyini düşünürdü. Buna görədə Polis ilk növbədə yeni azadlığa çıxmış məhkumları araşdırmış ancaq bir nəticə əldə edə bilməmişdi. Heç kim Çikatilodan şübhələnmirdi. Hər gün vaxtlı-vaxtında işə gedən və bir ailə başçısı görüntüsü verən Çikatilo bundan istifadə edərək 22 ildə 53 insanı qətlə yetirmişdi.

Məhkəmədə özünü müdafiə edərkən “Mən təbiətin bir səhviyəm və dəli bir heyvanam. Etdiklərim cinsi istəyimi yerinə yetirmək üşün deyil daha çox içimdəki rahatlığı tapa bilməkdir” kimi sözlərdən istifadə etmişdi.

Məhkəmə prosesində təyin olunan psixoloq onun üçün sadist xüsusiyyətləri var. Şəxsiyyət bölünməsi keçirir lakin ağlı yerində və normal qərarlar verə bilir demişdi. Nəticədə ona ölüm hökmü oxundu. Müəllim işlədiyi illərdədə etdiyi hərəklərə görədə mühakimə olundu və hakim edam olunmasını istədi. Çikatilo qərarı eşitdiyində olduğu qəfəsi təpikləmiş və qışqırmağa başlamışdı. Qərara etiraz olaraq söz verilsədə heç bir söz deməmiş və susmuşdu.

14 fevral 1994-cü ildə Novoçerkask həbsxanasındakı yerindən götürələrək sağ qulağından güllə ilə bir dəfə atəş açılaraq edam olunmuşdu.

What do you think?

0 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Ramazan Ayı Orucunun 1-ci Gününün Duası

1 Həftədə Boyunuzu Uzatmaq Üçün 8 Effektiv Yöntəm – Maraqlı İmiş