in , , ,

Dünyanın Ən Güclü 10 Xüsusi Təyinatlı Birlikləri

Xüsusi təyinatlı əsgərlər bir ölkənin qürur qaynağıdır. Ən yaxşı şəkildə təlim keçirilən və sayları az olmasına baxmayaraq gördüyü işlər ilə mənsub olduğu ölkənin əsayişini qorumaq üçün yaradılan bu əsgərlər haqqında deyiləcək çox söz var. Çünki normal bir əsgərin cəsarət etməyəcəyi yerlərə bu əsgərlər qorxmadan müdaxilə edib hədəf təhlükəni aradan qaldırırlar.

1. Pakistan Xüsusi Birliyi.  

Siyahıdakı ilk ölkə dindaşımız və bizim üçün sevimli dövlət olan Pakistanın xüsusi birliyi yəni SSG-dən başlayaq. Geydikləri forma bə başlarına taxdıqları xüsusi başlıq sayəsində adları “qara leyləklər” olan bu birlik gündəlik 12 saat təlim keçirlər. SSG Komandoları 2009-cu ildə bir şirkətin binasına basqın edərək Taliban tərəfindən əsir götürülən 39 insanı xilas etmişdir. İngiliz və Amerika xüsusi təyinatlılarını örnək götürərək 1956-cı ildə qurulan bu birliyin üzvlərinin sayı dövlət tərəfindən sirr kimi saxlanılır. Pakistanda baş verən terror hadisələrində ilk müdaxiləni bu təşkilat edərək xüsusi qəhrəmanlıq nümunəsi göstərirlər.   

2. Şayetet 13.

İsrail donanmasının Özəl Birliyi olan Şayetet 13 israil dövlətinin 3 əsas xüsusi birliklərindən biridir. Terrora qarşı müdaxilə, donanma kəşfiyyatı və əsir xilasetmə kimi mövzularda xüsusi təlimlər keçirlər. İsrail ordusuna qatılan əsgərlər könüllü olaraq bu birliyə qatıla bilir. Ancaq bu birliyə qatılan hər hansı bir üzvünün yaxınları və ailəsi də daxil olmaqla heç kəs bilmir və bu sirr olaraq saxlanılır. Suriyalı General Mayor Məhəmməd Süleymanın Suriyanın Tartus şəhərində Şayetet 13 birliyi əsgərləri tərəfindən başından vurularaq öldürdüyü bilinməkdədir.

3. Rusiya Xüsusi Təyinat Birliyi

Dünya miqyasında ən çox tanınan xüsusi birliklərdən biridə spetsnaz olaraq bilinən Rusiya Xüsusi Təyinat Birliyidir. Rus ordusu tərəfindən sülh və müharibə şəraitində kəşfiyyat və xüsusi tapşırıqları həyata keçirmək üçün yaradılmışdır. Ümumiyyətlə çox qəddar və amansız müdaxilələri ilə tanınmaqdadır. Ağır təlimlər keçən birliklərin başında gələn bu birlik Nato tərəfindən yaxından müşahidə edilən komandolardan biridir. Bir çox suiqəstlər və əməliyyatlar keçirən bu ordunun Rusiyada hazırda müharibə olmamasına baxmayaraq hər an müharibə başlayacaqmışcasına təlimlər keçirlər.

4. Navy Seals

Navy Seals Amerika donanmasının xüsusi birliklərindən biridir. Bu xüsusi birlik sülh və müharibə, terror basqınları və xüsusi tapşırıqlar zamanı amirakada ilk müraciət olunan birlikdir. Bir çox ölkə tərəfindən dəniz donanması birliyi olaraq tanınır. Hər kəs tərəfindən bilinən Usame Bin Laden əməliyyatı bu birlik tərəfindən həyata keçirilmişdir. Team 6 olaraq bilinən bu birliyin qərargahı və təlim zonası Amerikanın Virginiya ştatında yerləşir.  Navy Seals əsgərləri 3 aylıq çətin bir təlim prosesindən keçirlər. Həftədə 132 saat yəni gündə 18 saat təlim keçən bu əsgərlərə gündə 4 saat yatmalarına icazə verilir. Bu müddət Navy Seals tərəfindən Cəhənnəm Həftəsi olaraq adlandırılır. Bu vaxt ərzində namizədlərin 80 faizi birlikdən xaric edilir. Təlimlərin 90 faizi psixoloji 10 faizi isə fiziki hazırlıqdan ibarətdir.

5. Bordo Berettalılar

Qardaş ölkə Türkiyənin fəxri olan, Bordo Berettalılar adını almasının əsl səbəbi tünd qırmızı beretta taxdıqları üçün olmuşdur. Türk Silahlı Qüvvətlərinin tərkibində olan bu dəyərli və özəl birliyə qatılmaq könüllü şəkildə mümkündür. Bordo Berettalılara xüsusi və çətin təlimlər keçirilir. Bu birliyinə komando kursu, əlavə olaraq 6 aylıq komando ixtisas kursu görən əsgərlər götürülür. Daha sonra 3 illik dalğıclıq, Paraşütlə tullanma, bomba təsirsizləşdirmə, snayper və həyatda qalmaq üçün bir çox təlimlər keçirlər. Hər kəs bu birliyə daxil ola bilmir. Xüsusi bir fiziki özəlliyə sahib olan əsgərlər qəbul olunurlar. Ümumiyyətlə 1.75 – 1.90 arası boylarda olurlar. Əlavə olaraq gözlərin çox sağlam olması tələb olunur. Bir başa Baş Qərargaha tabe olan bu birlik digər hərbi birliklərdən əmir almırlar.

6. SAS.

Sas İngiltərənin krallıq ordusuna bağlı, ölkə xaricində vəzifələr alan xüsusi birlikdir. İkinci dünya müharibəsi, Malaya təhlükəsi, İndoneziya – Maleyziya qarşıdurması, İrlandiya problemi, Folkland müharibəsi, İraq müharibəsi və Əfqanistan müharibəsində müdaxilələr etdiyi bilinir. Əlavə olaraq bu birliyin snayper komandası belə mövcuddur və bu kamanda gizli hücumları ilə məhşurdur. İraq müharibəsi zamanı göstərdiyi xidmətlərə görə böyük ölçüdə ölkələrində nüfuz qazanmışlardır.

7. Delta Force

Delta Force adı bir çoxunuza məlumdur. Amma əslində bu birlik Amerika Birləşmiş Ştatlarına məxsus xüsusi birlikdir. Viyetnam müharibəsinin məhşur yaşıl berettalı Polkovniki Charles Beckwith tərəfindən 1977-ci ildə quruldu. Özlərinə aid çox geniş və qapalı təlim zonası olduğu bilinməkdədir. Bu təlim zonası dövlət tərəfindən gizli tutulur. Bu birliyin ən son texnologiyalı silah sursatları vardır. Istifadə etdikləri bu silahlar haqqında məlumat almaq demək olarki mümkün deyil. Amerika ordusu xüsusən ölkə xaricində bu birliyə təlimatlar verir. Delta Force əsgərləri xüsusi təlimlərdən keçirilən və diqqətlə seçilən əsgərlərdin ibarətdir.

8. GİGN

Fransa Milli polis təşkilatının terrorla mübarizə və xüsisi əməliiyat birliyidir. 1972-ci ildə Münih Olimpiyadaları qətliamından təsirlənərək 2 il sonra yaradılmışdır. Bu birlik özəl olaraq terrorla mübarizə və əsirləri xilas etmək kimi vəziyyətlərdə istifadə etmək üçün 200 nəfərlik xüsusi və çətin təlimlər keçmiş əsgərdən ibarətdir. Yarandığı vaxtdan bu günə qədər 600 əsiri xilas etdikləri bilinir. Bu birliyində üzvlərinin kimlikləri sirr olaraq saxlanılır və xüsusi olaraq gizli qalması barədə qanunda mövcuddur.  GİGN-nin ən böyük əməliyyatlarının biridə 1979-ci ildə Məkkədə bir məscidin üsyançılar tərəfindən əhatəyə alınmasıdır. Müsəlman olmayanları bu müqəddəs şəhərə girməsinin qadağan olmasından dolayı 3 GİGN komandosu islamı qəbul etmiş və əhatəyə alınan məscidi xilas etmək üçün Səudiyyə Ərəbistanı ordusuna kömək etmişdir.

9. Çin Özəl Birliyi

Hərbi təlim hər ölkə üçün vacibdir. Ama bəzi ölkələr bu işi həddindən artıq önəmsəyir və daha çətinləşdirir. Çin Xalq Respublikasına məxsus Çin xalq qurtuluş ordusu təlimlərində əsgərlərin əllərinə halqası çıxarılmış qumbara verərək bir bir digər əsgərlərə ötürüb bir quyuya atmaları tapşırılır. Bu sayədə qorxusuz əsgər seçən Çin Ordusu eyni zamanda yanan bir evə girmək və sairə kimi təhlükəli tapşırıqlarla xüsusi insanlar seçib təhlükəli vəziyyətlərə hazırlayırlar.

10. Eko Cobra

Avstriya xüsusi təyinat birliyidə 1972 Münih olimpiyadalarında meydana gələn israil idmançılarının əsir götürülməsi hadisəsindən sonra quruldu. 450 əsgərdən ibarət bu birlik snayper, taktika, hücum təlimlərindən başqa bəzi psixoloji və fiziki təlimlərdə keçirlər. Bu birliyin taktika qabiliyyətləri digər birliklərdən fərqli və özünəməxsusdur.  Eko Kobranın bilinən ən böyük zəfəri 1996-ci ildə Carlos həbsxanasında əsirləri xilasetmə olaraq bilinir. Eyni zamanda bir təyyaranın qaçırılması hadisəsinə müdaxilə edən ilk birlikdir.

11. JTF 2

İraqda əsir xilasetmə, Bosniyada serbiya snayperlərini tək tək öldürmək kimi bir çox əməliyyatlara qatılmışdırlar. Hal-hazırda 600 əsgəri mövcuddur. Hər cür hava şəraitində və ərazidə xidmət etməyi bacaran bu birlik yüksək səviyyədə təlim keçirlər. Kanadanın xüsusi birliyi olan JTF 2 xüsusi olaraq terrorla mübarizə əməliyyatlarında, və əsir xilasetmə kimi vəziyyətlərə müdaxilə etmək üçün profesiallaşmışdırlar.

What do you think?

1 point
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Ölürken Hissettiklerini ve Yaşadıklarını Tarif Etmiş 5 İnsan Ölüm

Ölümdən Geri Dönən 5 İnsanın İnanılmaz Sözləri – Ölümün Hiss Etdirdikləri

Ramazan Ayının 10-cu Gününün Duası

Ramazan Ayının 10-cu Gününün Duası