in

Dünya Brendlərinin Adlarının Kökü və Mənası

Hər gün kütləvi informasiya mənbələrində, yolda gedərkən və daha bir çox yerdə müxtəlif firmaların reklamlarına, logolarına, adlarına rast gəlirik. Bu günkü zamanın ən böyük tələblərindən biri firmanın unudulmaması və daim xatırlanması üçün reklamlar əvəzolunmaz vasitədir. Bir mal və ya xidməti bənzərlərindən ayırmaq üçün istifadə edilən ad, hərf və ya rəqəm kombinasiyalrından ibarət olan bu sözlər demək olarkı firmanın barmaq izi mahiyyətini daşıyır.Hər gün yüzlərlə gördüyümüz bu firma adlarının mənaları çox zaman yüksək zəka tələb edən, çox zaman firma qurucuların adları və s.-dən seçilmişdir. Bu videom da sizlərə hər kəsin tanıdığı firmaların adlarının yaranma səbəblərini və mənalarından danışacam.

Samsung: Koreya dilində 3 mənası olan bu söz böyük, güclü və çoxlu mənasında işlədilir

Nike: Yunan zəfər tanrısının adı olan bu söz sözügedən tanrının uçan halını simvolizə edir.

Nintendo: Yapon dilində; tərk edilmiş mənasına gələn “Nin” və cənnət “Tendou” sözlərinin birləşməsindən meydana gəlmişdir.Skype: İngiliz dilində “Sky” və kompyuter terminologiyasında bir ucdan digər uca əlaqə yaratmaq “peer-to-peer” sözlərinin birləşməsindən yaranmışdır.

Sharp: İngilis dilində kəskin, və iti mənasına gələn bu söz firmanın öz marka adını qoymaqda səbəb firma istehsala ilk dəfə ucu iti qələm istehsal etdikləri üçün bu adı seçmişdir.

Microsoft: Microcomputer Software sözlərindən düzəldilmiş bu söz ilk əvvəllər sözlərin arasında tire işarəsi olmuş lakin sonradan tireni götürərək bu günkü halına gəlmişdir.

Adobe: Firma sahibi John Warnock’ un yaşadığı yerin, arxa tərəfindəki kənddən ilham alaraq bu adı vermişdir.

Sun: Stanford University Network ün baş hərflərindən marka adı olaraq istifadə edilmişdir. 

Adidas: Şirkətin yaradıcısı Adolf Dassler’ ın yaxınları ona qısaca Adi olarak çağırırmış, adının və soyadının ilk üç hərfindən bu söz kombinasıyını seçmiş və firma adı olaraq bunu təyin etmişdir

3M: Minnesota Mədencilik və Emal şirkətinin ingilis dilində yazılışı olan Minnesota Mining and Manufacturing sözlərinin baş hərflərindən seçilmişdir.

 Coca-Cola: Məhsulun istehsalında istifadə edilən koka(coca) yarpağı və qozasının adlarında çıxarılan k hərfləri John s. Pemberton tərəfindən bir araya gətirilmiş ancaq sonraları daha estetik olması baxımından kola qozasının “k” harfi “c” olarak dəyişdirilmişdir.

Pepsi: Adını həzm fermeniti olan pepsin’dən almışdır.

Vodafone: İngiliz dilində səs mənasına gələn voice, data və phone sözünün abreviaturasından yaranmışdır.

 IKEA: Şirkətin qurucusu olan Ingvar Kamprad adının və soyadının baş hərfindəndən, doğulduğu kənd olan Agunnanryd və atasının yaşadığı kənd olan Elmtarydın’in baş hərflərindən meydana gəlmişdir.

Canon: Buddizmdə bir tanrının adı olan “Kwanon” dan ilham alan firma sonraları dünyaya adını Canon olaraq tanıtmışdır.

Oracle: Şirkətin yaradıcılarınında qatıldığı bir CIA proyekti olan bu söz çox sonralar şirkətin marka adı olaraq seçilmişdir.

Motorola: Dövrünün ən məhşur pikap markası The Viktrola dan ilham alaraq bu adı seçmişdir.

Nikon: Yapon optic firması olan ‘Nippon Kogaku’nun qısaldılmış adıdır.

Reebok: Danimarka dilində sürətli və zərif bir antilop cinsi olan rhebok” dan ilham alaraq marka adı olaraq seçilmişdir.

Blackberry: Klavişinin görüntüsü böyürtkənə bənzədiyi üçün bu adı almışdır.

Starbucks: Məhşur əsər olan Moby Dick’dəki Starbuck presonajından ilham alınaraq bu ad seçilmişdir.

Ebay: Echo Bay Technology Group şirkət adının qısaldılmasını öz marka adını seçmişdir.

Siemens: Təsisçisi olan Werner Von Siemens’in soy adından yaranmışdır.

Htc: Yüksək texnoloji kompyuter şirkənin ingilizcə yazılışı olan High Tech Computer Corporation’ın baş hərflərindən seçilmişdir.

Nokia: Finlandiya’daki Nokianvirta çayının sahilində yerləşən Nokia qəsəbəsinin adıdır.

Jvc: Japanese Victory Company nin abreviaturasından yaranmışdır.

Sony: Latin dilində səslə əlaqəli mənasına gələn sonic və sound (səs) sözlərinin kökü olan “sonusdan ilham alınaraq sony adı yaranmışdır.

Dell: Qurucusu olan Micheal Dell’in soyadıdır.Toshiba: Yaponyadaki Tokyo Shibaura Denki və Shibaura Seisakusho şirkətləri birləşərək yeni bir şirkət qurmuş, sonrasında şirkət adlıarıından aldıqları qısaltmalarla marka adını yaratmışlar.

Ibm: International Bussiness Machines yəni Beynəlxalq Biznes Maşınları mənasını verən sözlərin baş hərflərindən yaranmışdır.

Intel: Prosessor istehsalçısı ‘inteqrasiya olunmuş elektronika mənasına gelən Integrated Electronics sözlərinin qısaldılmasından meydana gəlmişdir.

Asus: Yunan mifologiyasındakı Pegasus’u ilham olaraq alan dörd təsisçi, son 4 hərfdən asus sözünü seçmişdir..

LG: Lak-Hui adındakı Koreya firması Goldstar firması ile birləşmiş, iki firmanın baş hərflərindən yeni marka adı seçilmişdir.

Virgin: Şirkət qurucuları firmanı təsis edərkən dedikləri “bizdə iş həyatının bakirəsi sayılırıq” sözlərindən bakirə mənasına gələn Virgin’i marka adı olaraq seçilmişdir.

Apple: Firmanın adının iki hekayəsi var. Birincisi şirkətin təsisçisi olan Steve Jobs’ın heyran olduğu Beatles’in val şirkəti Apple Corps’dan ilhamlanaraq seçməsi diğəri isə kompyuter elminin qurucusu qəbul edilən Alan Turingin almanı zəhərləyərək dişləməsi nəticəsində intiharını təmsil etdiyidir.

Hp: Təsisçilərindən olan Bill Hewlett və David Packard’ın soyadlarının baş hərflərindən seçilmişdir.

Twitter: Bu söz ingilizcə quş səsi mənasını verdiyi üçün seçilmişdir.

Facebook: ABŞ universitetlərində tələbələrin, müəllimlərin və işçilərin doldurduğu paper facebook formasından ilhamlanaraq qoyulmuşdur

Google: Bu marka adı riyazi bir termin olan “Googol” 1.10100 sayının qarşılığıdır.

Yahoo: Quliverin Macəraları adlı kitabda yahoos adındakı insan topluluğuna verilmiş addan ilhamlanaraq seçilmişdir.

Volkswagen: Alman dilində xalqın avtomobili mənasını verir.

Lexus: latın dilində qanun mənasını verir.

Toyota: Şirkət qurucusu Kiichiro Toyoda’nun soyadından yaranmışdır.

Bmw: Bavyera Motor Fabriki Anonim Şirketinin İngilizce yazılışı olan Bayerische Motoren Werke Aktiengesellschaft’ in baş hərflərindən meydana gəlmişdir.

Mercedes-Benz: Firma sahibi Gottlieb Daimler, iş adamı Emil Jellinekə bir avtomobil satar. Jellinek’te maşınına ölən qızının adı olan Mercedes qoyar və yarışlara qatılar. Yarışlarda uğur qazanan maşın ən çox satılan model olar. Bundan sonra iki şirkət birləşər və Mercedes benz şirkətini yaradarlar.

Nissan: Jidosha-Seizo co və Nihon Sangyo Co.ltd şirkətlərinin birləşməsindən və iki şirkətin adlarımın Yapon dilində qısaltması olan Ni-san’dan yaranmışdır.

Porsche: Qurucusu Ferry Porschenin soyadından seçilərək qoyulmuşdur.

Ferrari: Qurucu və yarışçı Enzo Ferrari’nin soyadından seçilmişdir.

Lotus: Lotus gülündən ilhamlanaraq marka adı olmuşdur

Opel: Qurucusu Adam Opel’in soyadı şirkətin marka adı olmuşdur.

Citroën: Qurucusu André-Gustave Citroën’in soyadıdır.Renault: Qurucuları olan üç qardaş Louis, Marcel və Fernand Renault’un soyadlarından alınmışdır.

Dodge: Horace Dodge və John Dodge qardaşlarının soyadlarından seçilərək qoyulmuşdur.Cadillac: Marka adı Detroit şəhərini quran insan olan Antoine de la mothe cadillaca hörmət əlaməti olaraq verilmişdir.Maserati: Qurucuları olan Alfieri, Bindo, Carlo, Ettore, Ernesto Maserati qardaşların soyadlarından gəlməkdədir.

This post was created with our nice and easy submission form. Create your post!

What do you think?

2 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Rekord Məbləğlərdə Ödənmiş Alimentlər

PARKINSON Xəstəliyi haqqında. Parkinson Xəstəliyi Nədir