in ,

DİŞLƏRİNİZİ SÜRƏTLİ AĞARTMAQ ÜÇÜN 8 YÖNTƏM

DİŞLƏRİNİZİ SÜRƏTLİ AĞARTMAQ ÜÇÜN 8 YÖNTƏM
DİŞLƏRİNİZİ SÜRƏTLİ AĞARTMAQ ÜÇÜN 8 YÖNTƏM

8. Aktiv Karbon

Son zamanlar ən çox istifadə edilən vasitələrdən biri aktif karbon ilə diş ağartmaqdır. Həkimlər aktiv karbonun diş ağartmaqda inanılmaz təsirinin olduğunu bildirirlər. Az miqdarda aktiv karbon və suyu qarışdırıb dişlərinizi fırçalasanız qısa müddət içərisində ağardığının şahidi olacaqsınız. Təbiiki ağzınızı karbon tamamən təmizlənə qədər yaxalamalısınız və mümkün olduğunca tüpürcəyinizi ağzınınızı tam yuyana qədər udmamalısınız. Aktiv karbon vasitəsi ilə dişləri ağartmaq təbii ağardıcılar sırasındadır. Bu vasitədən uzun illərdir istifadə olunur. 

7. Soda

Sodadan uzun müddətdir diş ağartmaqda istifadə edirlər. Bundan pasta hazırlamaq əslində çox asandır. Bir az su ilə sodanı qarışdırıb pasta kimi etmək və onu diş fırçası vasitəsi ilə dişlərinizi fırçalamağınız dişlərinizi qısa müddət ərzində ağartmağa kömək edəcəkdir. Aparılan son araşdırmalara görə, sodanın  güclü və ən faydalı diş ağardıcı olduğu müəyən olunmuşdur.  Ancaq uzun müddət fasiləsiz istifadə etməyin. Dişlərdə aşınmaya və diş çürüklərinə səbəb ola bilər.

6. Duz

Soda qədər təsirli olmasada diş əti iltihabı və diş əti xəstəliklərinə qarşı çox təsirlidir. Bir çay qaşığı soda, bir çay qaşığı duz və bir çay qaşığı sirkəni qarışdırın fırça ilə dişlərinizi fırçaladığınızda təsirini ən qısa zamanda görəcəksiniz. Buda diş ağartma yöntəmləri işərisində ən faydalı və təbbi vasitə hesab olunur.

5. Banan

Banan qabığının iç tərəfi minerallar baxımından olduqca zəngindir. Bu minerallar diş minası tərəfindən absorbiya olunur və ağardıcı təsir göstərməyə başalayr. Dişlərinizi fırçaladıqdan sonra banan qabığının iç tərəfi dişlərinizə sürtün və təxmini 2-3 dəqiqə qədər gözləyin.  Daha sonra ağzınızı təmiz su ilə yaxalayın. Bu şəkildə bir həftə davam edin. Dişlərinizin zamanla ağardığını görəcəksiniz.

4. Darçın və Adaçayı

Dişlərinizi fırçalayıb ağzınızı təmiz su ilə yaxalayın. Ardından bir çay qaşığı soda, 1 çay qaşığı adaçayı və bir çay qaşığı darçını yaxşıca qarışdırın. Bu prosesi hər gecə təkrarlamağa davam edin. Çox keçmədən cəmi 1 həftə içərisində dişlərinizi ağardığını görəcəksiniz.

3. Yerkökü

Yerkökü sadəcə bədənimiz üçün xeyirli deyil eyni zamanda daha ağ dişlərədə sahib olmağımız üçündə olduqca  faydalı bir qidadır.  Çiy halda yerkökünü rəndələyin, əzin və xamır halına gətirin. Daha sonra fırçanıza qoyub, dişlərinizi bununla fırçalayın. Yerkökükün dişlərə tətbiq olunmasında hər hansı bir zərərinin olmadığından dişlərinizi ağartmaq üçün hər gün istifadə edə bilərsiniz.

2. Alma Sirkəsi

Alma sirkəsinin soda kimi dişlərdəki saralmaları, diş ərplərini təmizlədiyi və kimyəvi təsir yaratdığı elmi olaraqda təsdiq olunmuşdur. Buna görədə alma sirkəsini diş ağartma məqsədi ilədə istifadə edə bilərsiniz. Alma sirkəsi diş əti, damaq çəkilməsinədə təbii faydaları var və dişdəki qəhvəyi rəngli ləkələri də qısa zamanda aparma təsiri olduğu müşahidə olunmuşdur. Su ilə qarışdırılıb qarqara edərək istifadə edə bilərsiniz.

1. Çiyələk

Təbii vasitəli diş ağartmadakı bir digər vasitədə çiyələkdən istifadə etməkdir. Çiyələyin tərkibində malik turşular vardır. Bu turşular qəhvə, çaxır və çay ləkələrinə qarşı möhtəşəm təmizləmə təsirə malikdir. 2 çiyələyi əzin və soda ilə qarışdırıb 5-7 dəqiqə dişlərinizi fırçalayın. Hər gün istifadə etməyin. Çünki mütəxəssislər davamlı və uzun müddət istifadə etməyin zərərli olduğunu bildirirlər. Həftədə bir neçə dəfə bu vasitədən istifadə etmək dişləri ağartmağa bəs edəcəkdir.

What do you think?

0 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Məhkəmə Zalında Oğlunun Qatilinə Elə Bir Şey Etdi Ki…

Ramazan ayının 11-ci gününün duası