in ,

Daban Çatlağından Ən Qısa Zamanda Xilas Olun…

Dabanlarda ortaya çıxan çatlaqlar həm sağlamlıq baxımından həmdə estetik baxımdan heçdə xoş olmayan bir vəziyyətin yaranmasına səbəb olur. Əgər sizdə daban çatlağı problemini yaşayırsanız bundan xilas olmağın təbii yollarıda vardır.

Daban çatlağı dabanlarda nəmliyin olmaması hallarında görülür. Belə hallar adətən yay aylarında müşahidə olunmaqdadır. Xüsusi ilə açıq ayaqqabı, sərt ayaqqabı geyənlərdən davan çatlaması daha sıx-sıx görülməkdədir. Uzun müddət ayaqda qalan insanlardada tez tez görülür. Dabanlardakı çatlaqlar əgər dərin olarsa bu ağrı verə bilir. Bir insan ayağa qalxarkən ağrıma halları və bəzəndə qanama müşahidə olunur.

Ayağın hər hansı bir bölgəsində ağrı, qızartı, şişmə və ya şiddətıi ağrı yaşayırsınızsa və bu hal bir neçə gündür təkrarlanırsa bir həkimə müraciət etməlisiniz.Ancaq bu sadalanan hallardan başqa hər kəsdə görülə bilən daban çatlağı probleminiz varsa və qısa bir zamanda bundan xilas olmaq istəyirsinizsə bir azdan sadalayacağım vasitələrdən ev şəraitində hazırlayıb istifadə etməklə xilas ola bilərsiniz.

Göstərəcəyim yöntəmlərdən hər hansı birini etdiyinizdə bir gündə təsirini görəcəksiniz ancaq bunun xeyrini uzun müddətli görmək üçün hər həftə ən az bir dəfə istifadə edin. Əgər istifadə edilən materiallardan hər hansı birinə allergiyanız varsa qəti surətdə istifadə etməyin. Əgər yoxdursa onda videoya baxmağa davam edin.

1. Parafin mumu

1 xörək qaşığı parafin mumu və 3 damcı hindqozu yağı

Əvvəlcə parafin mumunu rəndələyin və hindqozu yağı ilə qarışdırın. Daha sonra bir qabda əridin. Bu məhlulu otaq temperaturunda soyumasını gözləyin. Ən sonda dabanınızın çatlamış hissəsinə vurun. Daha effektiv olmasını istəyirsinizsə yatmadan əvvəl edin və üzərində corab geyinin. Səhər olduqda ayaqlarınızı sabun və su ilə yuyun. Təsirini həmin gün hiss edəcəksiniz. Parafin mumu dərinizi yumşaltmaya köməkçi olan təbii yumşaldıcı vasitədir.Çatlaq və ağrılı dabanlar üçün yaxşı müalicə metodudur. Ancaq qəti surətdə otaq temperaturunda soyumadan istifadə etməyin. Önəmli bir xatırlatma. Əgər şəkər xəstəliyiniz varsa bunu yoxlamamağınızı tövsiyə olunur.

2. Vazelin və limon suyu

1 çay qaşığı vazelin və 4-5 damcı limon suyu

Ayağınızı ilıq suda 15-20 dəqiqə saxlayın. Daha sonra qurulayın. Bir çay qaşığı vazelin və limon suyunu qarışdırın. Bu məhlulu yatmamışdan qabaq dabanınızın dərisinə hopana qədər ovuşdurun. Üzərindən bir cüt yun corab geyinin. Səhər olduqda ayaqlarınızı sabunlu su ilə yuyun. Yun corablar ayağınızı isti tutar və məhlulun təsirini artırar. Limonun asidik xüsusiyyəti və vazelinin nəmləndirmə xüsusiyyəti ilə quru və çatlamış ayaqlarınızdan xilas olmanıza kömək olar.

What do you think?

2 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

D Vitamini Çatışmazlığında Bədənimizdə Nələr Olur

Bir Çox İnsan Bilmir… Evli Cütlüklərin Birlikdə Etdikləri Haramlar