in

D Vitamini Çatışmazlığında Bədənimizdə Nələr Olur

Gün keçdikcə d vitamini çatışmamazlığı nəticəsində səhhətimizdə necə mənfi nəticələrinin olduğu araşdırılır və daha çox məlumatlar meydana çıxarılır.  

Kalsium absorbiyasını sürətləndirən və sümüklərimizin inkişaf etməsini təmin edən d vitaminin dişlərimiz üçündə çox mühüm funkisyası vardır. Bu vitaminin çatışmamazlığı bir çox xəstəliyə dəvət çıxara bilir və bundan daha əvvəldən xəbərdar olmaq çox vacibdir.

D vitamini çatışmamazlığı demək olarki dünyanın hər bölgəsində insanlar üçün labüddür. Əgər çölə tez tez çıxmaqla aranız yoxdusa və günəş işiğına az məruz qalırsınızsa d vitamini çatışmamazlığı yaşamağınız demək olarki yüz faizdir. Bədənimiz bu vitamini öz özünə hazırlaya bilmir. Bunun üçün günəş işığına məruz qalmağınız mütləqdir. D vitamini yağ hüceyrələrində aylarla depolana bilir. Ancaq soyuq bölgələrdə yaşayan insanlarda d vitamini bədən tərəfindən sürətlə istifadə olunur. Bir çox mənbələrə görə d vitamini bədəndə təxminən 3 ay qalır. Ancaq bu bəzi insanlarda bir az daha artıq ola bilir.

1. Əzələ zəyifliyi – Yorğunluq

d vitamini güclü bir sinir sisteminin olmazsa olmazıdır. Bu vitamin çatışmamazlığı ağrıya, əzələ zəifliyinə səbəb olur. Edilən bir araşdırmaya görə yetərincə d vitamini aldığınızda idmandan sonra əzələləriniz daha az yorulur.

2. Sümük ağrıları

Sümük ağrısı yaşayan 150 insan arasında edilən testlərdə insanların 93 faizinin d vitamini səviyyəsinin çox aşağı olduğu görüldü. D vitamini çatışmamazlığında əzələ lifləri tam olaraq çalışmadığına görə dizlərdə və yanlarda ağrılar meydana gəlir.

3. Tənəffüs problemləri

D vitamini eyni zamanda bizləri infeksiyalardan və yolxucu xəstəliklərdəndə qoruyur. Xüsusi ilə bu vitamin uşaqlar üçün çox vacibdir. Uşağınızda astma xəstəliyi varsa daha çox d vitamini almasını təmin etməlisiniz. Bir araşdırmada astma xəstəliyi olan uşaqlarda yetəri qədər d vitamini verildikdə astma krizi keçirməsi riskini yarı yarıya azaldır.

4. Hərarət basması

Alnınız durduğu yerdə tərləyirsə, otaq temperaturunun normal olmasına baxmayaraq anormal şəkildə tərlədiyinizi hiss edirsinizsə bədəniniz d vitamini çatışmamazlığının siqnalını verir. Standford universiteti Medical Centerda işləyən Michael Odicə görə bunların hamısı d vitamini çatışmamazlığına görə baş verir.

5. Depressiya

Edilən bir çox araşdırmada d vitamini çatışmamazlığının depressiyaya səbəb olduğu açıqlandı. Bu vitamin çatışmamazlığını yaşayan qadınlarda depressiyaya girmə riski kişilərə görə iki qat daha çoxdur. Finlandiyada edilən bir araşdırmada d vitamini səviyyəsi çox olanların depressiyaya girmə riski 35 faiz daha azdır. Depressiya və d vitamini arasında nə kimi bir əlaqənin olması haqqında müxtəlif mübahisələrdə mövcüddur.

6. Reproduktivlik

Avstraliyada 2008-ci ildə keçirilən bir araşdırmada d vitamini reproduktivlikdə həyati əhəmiyyətinin olduğu görüldü. Əlavə olaraq süni dölləmə yolu ilə hamilə qalmaq istəyən qadınların d vitamini səviyyəsi yüksək olanlar müalicəyə daha sürətlə cavab verirlər.

7. Xroniki baş ağrıları

D vitamini xroniki baş ağrılarına səbəb olur. Finlandiyada 1984 və 1989-cu illər arasında 40 və 60 yaş arası 2600 kişinin qatıldığı bir araşdırma həyata keçirildi. Kişilərin 168-ində d vitamini çatışmamazlığının bərabərində xroniki baş ağrısı olduğu aşkarlandı.

8. Dəri problemləri

Edilən bir çox araşdırmada d vitaminin vitiligo və sədəf xəstəliyi ilə aktiv mübarizə etdiyi aşkarlandı. 2013-ci ildə 16 vitiligo və 9 sədəf xəstəsinə d vitamini verilmişdir. Müalicənin ardından xəstəliklərin azaldığı gürüldü.

9. Saç tökülmələri.

Saçlarınız tökülürsə d vitamini çatışmamazlığınız ola bilər. 18 və 45 yaş arası saç tökülməsindən şikayəti olan 80 qadının qatıldığı bir araşdırmada bütün qadınlarda d vitamini çatışmamazlığı aşkarlandı.

10. Yorğunluq

Tez tez səbəbsiz yorulan insanların bir çoxu bunun səbəbinin d vitamini çatışmamazlığı olduğunu bilmir.  Bədənin enerjili olması üçün d vitamininə ehtiyacı vardır. d vitamini çatışmamazlığında günün böyük hissəsində özünüzü yorğun hiss edə bilərsiniz.

11. Yüksək təzyiq.

D vitamini çatışmamazlığı eyni zamandan yüksək təzyiqə səbəb olur. Cənubi avstraliya universitenin araştırmaçılarının bir araştırmasında yüksək təzyiqin bir səbəbidə d vitamini çatışmamazlığının səbəb olduğu müəyyən olundu.  

12. Sümüklərdə zəiflik.

30 lu yaşlara çatdığınızda bədəniniz sümük inkişafını dayandırır. d vitamini çatışmamazlığı bunun daha tez yaşlarda görülməsinə səbəb olur. Sümük əriməsi və d vitamini çartışmamazlığı arasında əlaqə üzərində uzun illərdir araşdırma aparılır. Kalsium və d vitamini qəbul edərək sümüklərinizi düzgün bir şəkildə inkişaf etməsini təmin edə bilər və sümük əriməsinin qarşısını ala bilərsiniz.

13. Ruh halı dəyişikliyi

d vitamini eyni zamanda xöşbəxtlik hormonu olaraq bilinən serotonin ifrazına da birbaşa olaraq təsir edir. Tez tez əsəbi olursunuzsa və ən xırda şeylərə belə hirslənirsinizsə d vitamini çatışmamazlığınız ola bilər.

Bədəninizdə d vitamini səviyyəsini artırmaq istəyirsinizsə tərkibində d vitamini baxımından zəngin olan qidalar Süd, Pendir, Yumurta sarısı, balıq, göbələk, və s. qidalardan tez tez yeməlisiniz. Eyni zamanda günəşli havada və təmiz havada çöldə gəzməklədə d vitamininini artırmaq mümkündür.

What do you think?

0 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Cinsiyyətini Dəyişdirdiyinizə İnanmayacağınız 8 İnsan

Cinsiyyətini Dəyişdirdiyinizə İnanmayacağınız 8 İnsan

Daban Çatlağından Ən Qısa Zamanda Xilas Olun…