in ,

ŞirinŞirin LOLLOL LoveLove AydaaAydaa

Bir Çox İnsan Bilmir… Evli Cütlüklərin Birlikdə Etdikləri Haramlar

İslam insanın bütün həyatını mükəmməl yaşamasını təmin edən həm təmiz həm sağlam olması üçün bir çox əmrlər və qadağalar qoymuşdur. Bunlara halallar və haramlar deyilir. Halalı araşdırdığımızda sağlamlığımız üçün faydalı haram isə zərərlidir. İslam dini insanın bütün həyatını o cümlədən evlilik həyatı üçündə qadın və kişilərə bir çox halal və haramlar təyin etmişdir. Uca ALLAH evli cütlükləri bir birinə halal qılmışdır.

Ər xanımının, Xanımıda ərinin cinsəlliyindən istədiyi kimi yararlana bilər. Ancaq ailə arasında cinsi münasibətlərə sərhəd nə qədər böyük olsada bu münasibətdədə bir çox qadağalarıda mövcuddur. Bu videoda bir çox evli cütlüklərin bilmədən harama düşdüyü və bu qadağalara bilmədən etdiklərinin qarşısını almaq üçün bir siyahı hazırladım.

1. Aybaşı və Lohusalıq halıbda cinsi əlaqəyə girmək.

İslam dinində qadın kişi münasibətlərindəki zərərverici vərdişləridə aradan qaldırmaq üçün bir çox əmrləri vardır. Qadının sayılı günləri adı verilən bu hal vaxtı cinsi birləşmə əza yəni əziyyət olaraq adlandırılmışdır. Çünki bunun həm kişi, həmdə qadın üçün bir çox zərərləri mövcuddur.

2. Arxa tərəfdən yaxınlaşmaq.

İslam dini kişi ilə kişinin, qadınla qadının arasında cinsi münasibəti qəti surətdə qadağan etmiş və bu cür yaxınlaşmanın çox böyük günah olduğunu bildirmişdir. Eyni zamanda bu günahı işləyən və normal görən bir toplumun Qurani Kərimdədə ağrılı əzabla həlak etdiyi bildirilmişdir. Günümüzdə o topluluğun adı Pompey olaraq bilinməkdədir.

3. Başqalarının yanında münasibətə girmək.

Ailə arasındakı cinsi münasibət baxımından haramlardan biridə başqalarının yanında və gözləri önündə cinsi münasibətə girmək və ya digər xoş qarşılanmayan hərəkətləri etməkdir. Bunu İslam dini ən zəlil və alçaqca bir hərəkət olaraq görmüş və çox yöndən haram olaraq bildirmişdir.

4. Cinsi münasibətə girməkdən qaçınmaq.

Evlilik içi cinsi münasibət baxımından haramlardan biridə ər-arvad arasındakı cini münasibətin vaxtında və lazımınca etməməsidir. Hər bir haram insan mənəviyyatından yaralar buraxır və digər haramlarıda etməyi asanlaşdırır. Eyni zamanda haramın işləndiyi evin bərəkətini və əmin-amanlığını da yox edir. Cinsi münasibət bir ailənin təməl daşlarından biridir. Qadın və ya kişidən biri üzərinə düşən vəzifəni yerinə yetirməməsi və ya maneələr yaratması açıqca bir zülm olaraq bildirilmişdir.  

5. İla Etmək

İla etmək kişinin həyat yoldaşına cinsi münasibətə girməməyə and içməsidir. Buda təbiki haramdır və zülm olaraq bildirilmişdir. Hətta bu barədə ayədə gəlmişdir. Bəqərə surəsinin 226-cı ayəsində ALLAHu təala bunu qadağan etmişdir. Əgər kişi 4 ay içində sözlə və ya əməllə ilasından dönərsə və cinsi münasibət baş verərsə ila ortadan qalxmış olar. Təbiiki bunun kəfarəsidə vardır.

6. Etiqafda olarkən cinsi münasibətə girmək

Etiqafda ikən cünub olmayan kişinin və hayız olmayan lohusa qadının ALLAHA ibadət məqsədi ilə bir məsciddə durmasıdır. Bəzi alimlərə görə etikaf ən az bir gün və bir gecədir. Etiqaf bir sünnətdir və ramazan ayının son 10 günü edilməkdədir.

7. Ehramda ikən cinsi münasibətə girmək

Evlilər arasında cinsi münasibətin müvəqqəti qadağan olunan yerlərdən biridə ehrama girilərkəndir. Ehram sayıları bəlli olan yerlərdən biridir. Həcc və ya ümrə vaxtı ehrama girərkən bu birləşmə haram edilmişdir. Ehrama girən şəxs dünya zövqlərindən özünü məhrum etməlidir.

8. Müfəssilə

Müfəssilə ərinin istədiyi və arzuladığı zaman qadının aybaşı olmamasına baxmayaraq yalandan aybaşı zamanının başladığını deyərək cinsi münasibətdən qaçmasıdır.  Başlamadığı halda başladğını deyən qadın böyük  bir günah iş görmüşdür. Bu qadınlara ALLAHda lənət etmişdir.

9. Zihar etmək

Zihar sözünün mənası ərəbcədə bel mənası verir. Ərəbistanda kişilər həyat yoldaşına hirsləndiyi zaman sən mənim anamın beli kimisən deyərək onlarla birləşməyi özlərinə haram bilirdilər. Buna görədə zihar haqqında Allah Qurani Kərimin mücadilə surəsində bir ayə göndərmişdr. İslam Peygəmbəri ziharı çirkin və yalan bir söz olaraq adlandırmış və bunun haram olduğunu bildirmişdir.

10. Oruclu ikən cinsi münasibətə girmək

Evlilik içindəki cinsi münasibət baxımından haramlardan biridə Ramazan ayında oruclu olarkən cinsi münasibətə girməkdir. Oruc ALLAHın əmridir. İmsaq vaxtından günəş batdığı vaxta qədər yemək, içmək və cinsi münasibətə girmək haram buyrulmuşdur. Ramazan ayında gecələr isə halaldır və cütlüklərə istənilən qədər münasibətə girməyə icazə verilmişdir.

What do you think?

2 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Daban Çatlağından Ən Qısa Zamanda Xilas Olun…

Ən Nadir Rast Gəlinən Göz Rəngləri