in

Ayağı Sınan Atlar Niyə Öldürülür?

İnsanlığa əsrlərdir xidmət edən və insanların ən sadiq dostlarından biri olan atların bir gün ayaqları sındığında insanların onları öldürdüyünü demək olar ki hər kəs bilir. Ancaq bunun səbəbini bir çoxunuz bilmir. İnsanlar niyə bu vəfalı canlıları uzun illər göstərdiyi xidmətindən sonra ayağı sındığında bu qədər qəddar ola bilir? Ayağı qırılan at niyə öldürülür? Tək çarə öldürməkdirmi?

Təxminən 6 min il əvvəllər əhilləşdirilən atlar o zamandan bu vaxta qədər gücü, sürəti, və dözümlülüyü simvolizə etmişdir.

Düşünün ki, bir insan olaraq illərcə başqa bir canlıya yarı ac, yarı tox xidmət edirsiniz. Bir gün ayağınız sınır və illərcə xidmət etdiyiniz canlı gözünü qırpmadan gəlib sizi öldürür.  İnsan olaraq düşündüyümüzdə belə bir şey mümkün deyil deyə bilərik. Ancaq atların bir az əvvəl dediyim həyatı yaşadığını bilirdinizmi?

Bəzilərimiz bəlkədə at böyük bir canlı olduğu üçün ağrısıda böyük olduğu üçün öldürülür deyə düşünürük. Ancaq bu düzgün fikir deyil.

Ayağı sınan atın ayaqlarının düzəlməsinin ehtimalı yoxdurmu?

Atlar doğulduğu andan etibarən fizioloji olaraq ömürlərinin böyük bir hissəsini ayaq üstə keçirməlidirlər. Bir at uzun müddət yatmağa məcbur olduqda iç orqanları ağırlıqlarına tab gətirə bilməyib əzilirlər. Ağciyərləri üzərində yaranacaq təzyiqlə əlaqədar olaraq nəfəssiz qala və nəticədə ölə bilərlər.

Atlar anatomik baxımdan ayaq oynaqlarını sabitləməyə yarayan sümüklər vasitəsi ilə əziyyət çəkmədən asanlıqla ayaq üstə dura və qaça bilərlər. Bütün bunları deməyimdə məqsədim budur ki, atlar ayaqda durmalıdırlar və uzun müddət yata bilməzlər. Ayağı sınan atın uzun müddət hərəkətsiz yatması lazımdır. Ancaq bir atın o qədər uzun müddət yatması mümkün deyil. Bu atların təbiətinə ziddir.

Bütün bunları daha yaxşı anlamaq üçün itlərdən misal çəkim. Əgər bir itin ayaqları sınarsa üç ayaq üzərində dura bilər və ya uzun müddət hərəkətsiz qala bilirlər. Ancaq atların belə bir şansı yoxdur. Müalicələrinin vaxtı həm çox uzun müddət çəkir həmdə bu müddət ərzində ancaq yatmaları lazımdır. Atın ayağını sabitləməsi isə olduqca çətindir.

Çünki atların ayağı sınmağına baxmayaraq onlar sıx-sıx ayağa qalxmağa çalışır və buna dayanmadan təkrarlayırlar.

Sınığın bir miqdar düzəlməsinin ardından atlar ayağa qala bilsələr belə tam olaraq sağalmayan ayağın yarım tonluq ağırlığı qaldırması mümkün olmayacaqdır.

Bütün bunların çox qədimdə olduğu, müasir dövrdə texnologiyanın və tibbin inişaf etdiyini düşünə bilərsiniz.

Bir atın yatması mümkün olmasa belə onları bir asqı vasitəsi ilə havada tutmaq və hərəkət etmələrinə qismən təmin etmək mümkündür. Ancaq sahibi bir daha ona lazım olmayan ata dəyər verən və ya vicdanlı biridirsə bunu edəcəkdir. Əks halda onun yaşaması sahibi üçün heçdə maraqlı olmayacaqdır.

What do you think?

1 point
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Ramazan Ayı Orucu 3-ci Gününün İftar Duası

1 Həftədə Boyunuzu Uzatmaq Üçün 8 Effektiv Yöntəm

1 Həftədə Boyunuzu Uzatmaq Üçün 8 Effektiv Yöntəm