in

1 Həftədə Boyunuzu Uzatmaq Üçün 8 Effektiv Yöntəm – Maraqlı İmiş

Boy insanların sosial durumuna təsir göstərən önəmli bir faktordur. Azərbaycanda bir çox insan sahib olduğu boy uzunluğundan razı deyil. 20 yaşına qədər insanların boyları uzanmağa davam edir. Ancaq bəzi məşqlər sayəsində boyunuzu daha uzun etmək mümkündür.

Bir həftədə boyunuzun uzanmağa başladığını görə bilərsiniz ancaq daha mükəmməl effekt almaq üçün 2-3 ay fasiləsiz davam etməyiniz lazımdır.

20 yaş altı insanlar üçün bu məşqlərlərdən daha çox effekt almaq olar. Ancaq 20 yaş üstü insanlar üçün fasilə vermədən müntəzəm məşq etməklə 3 sm-ilə 6 sm arası uzanma müşahidə edəcəksiniz.

1. Yuxu Vəziyyəti

Əvvəlcə başlamaq üçün yasdıqdan istifadə etməyi tərk etməlisiniz. Yastığınızı aradan qaldırsanız boyunuzu uzatmaq üçün daha münasib bir vəziyyətdə yatmanız mümkün olacaqdır. Bunun üçün onurğanızın mümkün olduqca düz olması tələb olunur. Düz bir şəraitdə bel üstündə uzanaraq bütün bədəninizi ayaq tərəfə doğru uzatmalısınız. Bədəninizi rahat buraxın. Başınızın sağa və sola dönməsi problem deyil ancaq bədəninizi mümkün olduqca düz tutmalısınız. Bu cür yatmağa bir neçə gün öyrəşməkdə çətinlik çəkə bilərsiniz. Ancaq bu şəkildə yatmağa tezliklə öyrəşəcəksiniz və onurğanız düzəldiyi üçün boyunuz 3 sm və ya daha çox artacaqdır.

2. Yerdə Üzmə

Əvvəlcə qarnınızın üstündə yataraq bədəninizi tam olaraq uzadın. Qollarınızıda önə və irəli doğru uzadın. Başınız havada duracaq şəkildə sol qolunuzu qaldırdığınız anda sağ ayağınızı qaldırmanız lazımdır. Bu şəkildə ən az dörd saniyə durun. Daha sonra sağ qolunuzu qaldırdığınızda sol ayağınızı eyni anda qaldırmağınız lazımdır. Bu şəkildədə 4 saniyə qalın. Bu hərəkəti təkrarlamağınız bel əzələlərinizi formaya salacaq və boyunuzu uzadacaqdır.

3. Tərs Duruş

Bu hərəkəti etməkdə bir az çətinlik çəkə bilərsiniz. Hətta bir az təhlükəlidə ola bilər. Onun üçün məşq etməmişdən qabaq mümkün ola biləcək problemlərin qarşısını almaq üçün uzandığınız yerə yastıq kimi yumşaq bir şeylər sərməlisiniz və ilk başlarda bir yaxınınızdan kömək istəyə bilərsiniz. Bu boy uzatma hərəkəti sayəsində ayaq əzələləriniz genişlənməyə başlayacaq və diz hissəniz açılacaqdır. Buda sizə boy artımı olaraq geri dönəcək.

4. Çubuq ilə Dartınma

Əlinizə bir çubuq və ya bənzər bir cisim götürün. Çiyin genişliyində çubuğu tutaraq qollarınızı yuxarı qaldırın.  Daha sonra arxaya doğru düz bir şəkildə apara bildiyiniz qədər dartının. Bunu qollar yuxarıda ikən sol arxaya və sağ arxaya doğru dartına bilərsiniz. Təkrarlarınız təxmini dörd saniyə çəkməlidir.

5. Tərs Qozbel duruş

Bu boy uzatma hərəkətini edərkən etməli olduğunuz şey isə çox sadədir. Ilk olaraq üzü üstə yatıb ayaqlarınızı geriyə doğru düz bir şəkildə uzadırsınız. Əlinizi yerə qoyub başınızı və belinizi geri doğru dartın. Qozbel duruş sərgiləyən bir insanı düşünün. Siz burda qozbel duran bir insanın etdiyi hərəkətin tam tərsini edirsiniz. Bu hərəkəti gündə 4 təkrar olaraq 15-20 saniyə etməlisiniz. Bir neçə həftədən sonra qozbel duruşunuzun düzəldiyini və boyunuzun anidən uzandığını görəcəksiniz.

6. Divara doğru Dartınma

Bir divara belinizi soykəyin daha sonra ayaq barmaqlarınız üstündə durum. Daha sonra qollarınız ilə yuxarı doğru dartına bildiyiniz qədər dartının. Əlinizin çatdığı ən yüksək nöqtəyə doğru uzanmağa çalışın. Bu hərəkəti 4 təkrar olaraq 5-10 saniyə arası etməyə davam edin. Divara doğru dartınma hərəkəti önəmli bir boy uzatma hərəkətidir. Dartınma deyə sadə və faydasız zənn etməyin. Bu vasitədən də ən mükəmməl nəticəni əldə edəcəyinizə şübhəniz olmasın.

7. Masa Duruşu

Bu hərəkət boy uzatma hərəkətlərinin içərisində ən çətin olan hərəkətlərdən biridir. Ayaqlarınız düz bir şəkildə yerə oturun. Ovuc içlərinizi yanınıza qoyun və çənənizi sinənizə dayayın. Bu şəkildə ikən qollarınız düz olacaq şəkildə dizlərinizi bükün və bədəninizi qaldırmağa çalışın. Gövdəniz və üst ayaqlarınız düz olmalıdır. Qollarınız və aşağı ayaqlarınızda yerə dik durmalıdır. Görüntünüz bir masa formasını alacaq. Hər hərəkəti 8-20 saniyə arası təkrarlamağa çalışın.

8. Turnikdə Sallanma

Bu hərəkət əslində çoxda çətin deyil. Etməniz tələb olunan şey bir yerdən yapışıb aşağı doğru özünüzü sallamaqdır. Turnikdə asılı qalmaq onurğanızı uzatmağa və düzəltməyə kömək edəcəkdir. Bir müddət bu şəkildə qalmaq darıxdırıcı gəlsədə olduqca təsirli və effektiv bir yöntəm olaraq bilinir. Hər asılışda 10 saniyədən artıq dayanmanız lazımdır. Həftədə ən az üst-üstə 30 dəqiqə bu şəkildə dayanmalısınız. Buna görədə gündə 4-5 dəqiqə olacaq şəkildə təkrarlayın. Buda boyunuzda 1-2 sm-lik uzanmağa səbəb olacaqdır. 1 həftədə təsirini görəcəksiniz ancaq ən az 2 ay üst-üstə təkrarlamağınız tələb olunur. Bu vasitə də boy uzatmada ən effektiv vasitələrdən biri olaraq bilinir.

Bu boy uzatma hərəkətləri ilə boyunuzu uzada bilərsiniz. Ancaq unutmayın ki, hər şeydə olduğu kimi bundada gözlə görüləcək bir nəticə əldə etmək istəyirsinizsə davamlı və ara vermədən bu hərəkətləri təkrarlamağınız lazımdır. Bunlardan başqa boy uzatma məşqlərindən də əlavə

idmanla yəni üzmə, velosipet sürmə, basketbol və voleybol oynamada boyunuzu uzatmaqda effektiv vasitələrdən hesab olunur.

This post was created with our nice and easy submission form. Create your post!

What do you think?

0 points
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Dünyanın Ən Qəddar və Soyuqqanlı Qatili – Rostov Qəssabı Andrey Çikatilo

Ramazan ayının 2-ci gününün duası