in ,

Ən Nadir Rast Gəlinən Göz Rəngləri

Bir çox insan gözəl gözlərin cazibədar və xoş olduğunu düşünür. Ancaq görməyə öyrəşdiyimiz göz rənglərindən başqada rənglərinin olduğunu desəm inanmaqda çətinlik çəkə bilərsiniz.

10. Fındıq Rəng Gözlər

Bu rəng tünd qəhvəyi göz rəngi ilə qarışdırılsada əslində o rəngdən çox fərqlənir. Çünki bu qəribə rəng tonu, yaşıl və qəhvəyi rənglərinin tonları qarışımı bir rəngdir.

Bundan başqa heteroxromiya ilə də dəyişik salınır. Heteroxromiya haqqında bir azdan bəhs edəcəm.

Bu rəngin necə yarandığı və necə ortaya çıxması barədə genetika elminin məntiqli bir açıqlaması olmasada bu mövzu haqqında bir çox teoriya mövcuddur.

Cənubi Avstraliya universitetindən Mathew Lench-in fikrinə görə yaşıl və qəhvəyi rənglərin gözdə bir araya gəlməsi və qaraciyərdən qana qarışan bəzi maddələrdən meydana gəldiyi üçün ola bilər.

Bu teoriyanı dəstəkləyən bir başqa teoriyada bu rəng gözlərə sahib insanların mədə xəstəliklərinə tez-tez rast gəlinməsidir.

Standford Universitetinin genetika elmləri üzrə mütəxəssisi Beris Star tərəfindən paylaşılan başqa bir açıqlamaya görə isə, gözə bu rəngi verən melamin ifraz edən genlərdir.

Dünya əhalisinin göz rənginin 50 faizi qəhvəyi rəngə sahibdir. Bu rəng gözləri qəhvəyi rənglə qarışdırıldığını nəzərə alsaq bəlkədə siz də bu fındıq rəng gözlərin sahibisiniz. Ona görə güzgüdə diqqətlə baxıb yoxlaya bilərsiniz.

9. Mavi rəng

Professor Hans Aynberg-in araşdırmasına görə mavi gözlər 6000 ilə 10000 il bundan qabaq genetic bir mutasiya keçirmişdir.

Qara dənizdən bir qrup insan avropaya köçmüş və illər keçdikcə bu mutasiya Avropaya, Cənubi Amerikaya və Okeaniyaya yayılmışdır.

Mavi rəngin piqmenti yoxdur. Bu o deməkdir ki, işığın göz içərisinə girərkən yaratdığı bir effektdən yaranır.

Mavi tonu işığın keyfiyyətinə bağlıdır. Bu təsirə Tindle təsiri deyilir. Dünya əhalisinin 8 faizinin daha dəqiq desək 600 milyonu bu göz rənginə sahibdir.

Eyni zamanda bu göz sahibi birinin gözlərində piqmentasiya mövcud olmadığından günəşə və yüksək işığa qarşı həssas olduğu üçün qorumaları məsləhət olunmuşdur.

8. Kəhribar rəngi

Bu göz rəngi qızılı və mis rəngi qarışımı bir rəng şkalasına sahibdir. Eyni zamanda bu gözlərə canavar gözüdə deyilir.

Çünki canavarların göz bəbəkləridə bu rəngdədir. Bu qeyri-adi rəngin necə meydana gəldiyi haqqında genetika elminin bir açıqlaması var.

Buda göz rəngini meydana gətirən pinqmentlər sayəsindədir.

Bu gözün rənglərinin sarı, qızılı və mis rəngi tonlarında olmasını təmin edən piqmentin adıda lipoxromadır. Ümumiyyətlə kəhribar rəngi gözlərə Fransa, Rumıniya, İspaniya, İsveç, İtaliya və Sloveniya kimi avropa ölkələrində daha sıx rast gəlinir.

Bundan başqa Braziliya və Asiya qitəsindədə bu göz rəngli insanlara da rast gəlmək olar.

7. Yaşıl rəng.

Dünya əhalisinin sadəcə 2 faizi yaşıl gözlərə sahibdir. Bu faizin böyük əksəriyyətidə qadınlardan ibarətdir. Bu göz rəngidə nadir göz rənglərindən hesab edilir.

Məsələn Macarıstan və İrlandiya kimi ölkələrdə kişilərin 20 faizinin, qadınların isə 80 faizinin gözləri bu rəngdədir.

Yaşıl tonun meydana gəlməsinə səbəb aşağı səviyyədə melamin və həddindən artıq lipoxromadır.

Bu ikisi bir araya gəldiyində yaşıl göz meydana çıxır. Los Angelesdəki İmpuls Corporation tərəfindən aparılan bir araşdırmaya görə ABŞ-da yaşayan insanlar yaşıl gözlü insanları daha cazibədar hesab edirlər və mümkün olduqca gözlərinin bu rəngdə olması üçün səy göstərirlər.

Siz nə düşünürsünüz. Sizin fikrinizcə də yaşıl gözlər daha cazibədardır yoxsa?

6. Gümüşü rəng.

Bu çox ehtimal ki, mövcudluğuna inanmadığınız göz rənglərindən biridir. Gümüş gözlər həqiqətəndə mövcuddur.

Çoxda mavi rənglə eyni kimi görülsədə genetika elmi bunun tam əksini deyir.

Gözlərin bu rəngdə olmasının səbəbi mavi gözlərdə gördüyümüz hadisə ilə eynidir.

Ancaq burdakı fərq göz bəbəklərində çox incə bir melamin təbəqəsinin olmasıdır. Beləliklə işıq gözün içinə tam olaraq girə bilmir və bu rəng ortaya çıxır.

Mütəxəssislər bu incə melamin təbəqəsinin bir işıq requlyatoru olaraq xidmət gördüyünü və mavi rəngin daha tünd olduğunu deyir.

Əlbətdə ki, bu rəng bir gözə sahib olmağınız üçün mavi rəngi verən OGA2 geninə sahib olmağınız lazımdır. Yeni doğulmuş uşaqlarda bu rəng çox sıx rastlanılan bir haldır. Ancaq bu hal onlar böyüdükcə dəyişir.

Çünki yeni doğulan uşaqların melamin ifraz edən hüceyrələri o yaşda inkişaf etmir.

Onlar böyüdükcə göz hüceyrələri daha çox melamin ifraz edir və rəng dəyişilir.

5. Bənövşəyi rəng.

Bu göz rəngi ilə əlaqədar bir elmi açıqlama haqqında danışmamışdan qabaq tarixdə olmuş bir maraqlı hadisədən bəhs edəcəm.

1329-cu ildə Londonda dünyaya gələn mavi gözlü Aleksandriya Agustin adlı bir qız böyüdükcə gözləri bənövşəyi bir rəngə çevrilməyə başlayır.

Bu vəziyyət qarşısında çox qorxan valideynləri onun içinə şeytanın girdiyini və ya  cadu olunmasından şübhələnirlər.

Qız bir rahibin yanına aparılmış ancaq rahibin bu göz rənginin bir cadu və ya şeytan ilə əlaqəsinin olmamasını söyləmişdir. Ancaq çox maraqlı bir şey demişdir.

Rahibin dediyinə görə bunun səbəbi misirdən gələn bənövşəyi rəngli gözləri olan cin qrupundan qaynaqlandığını və bu rəngin eyni zamanda gecə yarısı onlar tərəfindən ortaya çıxan əsrarəngiz işıqlardan meydana gəldiyidir.

Nəysə bu göz rəngi dəri saç və gözlərdə tam bir piqment çatışmamazlıdan meydana çıxan albino olan insanlarda bu göz rəngini görmək mümkündür.

Ancaq çox nadirdə olsa albino olmayan insanlarında gözlərində bu rəngə rast gəlinir. Elizabeth Tailor bənövşəyi gözləri ilə məhşurdur.

çox nadirdə olsa albino olmayan insanlarında gözlərində bu rəngə rast gəlinir. Elizabeth Tailor bənövşəyi gözləri ilə məhşurdur.

4. Qara rəng.

Bu gözlər qara irislərdən meydana gəlməkdədir. Beləki göz bəbəyini irisdən ayırmaq demək olarkı mümkün deyil. Qara gözlər dünyada nadir rast gəlinən göz rənglərindən biridir.

Dünya əhalisinin 1 faizi qara gözlərə sahibdir. Bu göz rənginə ən çox Afrikada, Asiya və Cənubi Amerika qitəsində rast gəlmək mümkündür.

Qara gözlü olmanın bir səbəbidə aniridia olması yəni iris təbəqəsinin olmamasıdır. Ancaq bu çox yayılmış bir hal deyil. 80 milyon insan bu gözlərə sahibdir. Bu gözlərin heç bir müsbət tərəfi yoxdur.

Yəni ki irissiz olmaq bir müddətdən sonra görmə zəifliyinə və işığa qarşı həssaslığa, eyni zamanda böyrək xəstəliklərinə və genetik anomaliyalara da səbəb ola bilir. Bunun müalicəsidə təəsüf ki yoxdur.

Yəni bu gözlərə sahib deyilsəniz özünüsü şanslı hiss edə bilərsiniz.

3. Qırmızı rəng

Filmlərdə vampirlər və bir çox fantastik personajlarda gördüyümüz qırmızı gözlərə real həyatda sahib olan insan sayı dünya əhalisinin sadəcə 0.3 faizidir. Bundan başqa albino insanlardada çox sıx rast gəlinir.

Albino insanların dərilərinin və saçlarının ağ olması onların gözlərini daha ön plana çıxarır.

Bunun səbəbi isə gözdəki iris təbəqəsini meydana gətirən melaminin azlığına görə işıq bir başa gözlərə daxil olur və göz damarlarından əks edir.

Bu bir az qəribə səslənsədə bunun bir mənfi cəhətidə insanlarda işığa qarşı həssaslıq, çəpgözlük, miyop və astiqmatada səbəb ola bilir.

Bu göz rəngi Alacaqaranlıq filmindən sonra populyar olmuş və kontakt linza firmaları qırmızı rəngin bütün çalarları ilə linzalar istehsal etməyə başlamışdı.

2. Heteroxromiya

Qeyri adi göz rənglərindən danışdığımızda heteroxromiyadan danışmamaq olmazdı.

Fərqli göz rənglərinə sahib insanlar olsada fərqli iki göz rənginə sahib insanlarda mövcuddur. Buna tibbdə Heteroxromiya deyilir.

1000 insandan sadəcə 11-ində rast gəlindiyi üçün bu göz rəngidə nadir göz rənglərindən biri hesab olunur.

Heteroxromiyanın iki növü vardır. Biri anadangəlmə biridə sonradan qazanılmış. Anadangəlmə Heteroxromiya genetic bir vəziyyətdir.

İkincisi isə Qlaukoma və ya optic patalogiyalar kimi kənar faktorlardan qaynaqlana bilir. Bu xəstəlik sayılsada çoxda təhlükəli hesab olunmur.

Bu göz rənginə sahib bir çox məhşur belə vardır.

David Bowie, Superman filmindən tanınan Henry Cavill və Doctor Queen rolu ilə məhşurlaşan Jane Seymour bu məhşurlardan sadəcə bir neçəsidir.

1. Mərkəzi Heteroxromiya

Mərkəzi Heteroxromiya Pişik gözü olaraqda birlinir. Heteroxromiyadan belə daha nadir rast gəlinən bu hal eyni gözlə iki fərqli rəngin ortaya çıxmasına səbəb olur. Bu fərqli rəng göz bəbəyinin ətrafında dairə şəklində görülür. Mərkəzin kənarında qalan rəng gözün əsl rəngini ortaya çıxarır. Bu hal bir gözdə və iki gözdə birdəndə görə bilir. Mərkəzi Heteroxromiyaya səbəb gözdə yaranmış zədə, genetik kimerizim və ya mozaizm ola bilər.

What do you think?

1 point
Upvote Downvote

Rəylər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading…

0

Comments

0 comments

Bir Çox İnsan Bilmir… Evli Cütlüklərin Birlikdə Etdikləri Haramlar

Uşağınız Bu Şəkildə Oturursa…